BAKI, 22 iyul — Sputnik. 144 yaşını qeyd edən Milli Mətbuatımız əsasını 1875-ci iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış və ictimai-maarifçiliyi hədəfləmiş “Əkinçi” qəzetindən götürüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu fikirləri Baş nazir Novruz Məmmədov öz "Twitter" səhifəsində qeyd edib.
Baş nazir vurğulayıb ki, Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərin təşviqi, gənc nəslin vətənpərvər ruhda böyüməsi, eləcə də ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması və milli informasiya təhlükəsizliyimizin təmin olunmasında müstəsna xidməti var:
"Bütün media nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, onlara can sağlığı, məsuliyyətli işlərində daim uğurlar arzulayıram".