Azərbaycanda iyulun 22-də qeyd olunan Mətbuat gününü Sputnik Azərbaycan artıq gözəl ənənə halına çevrilmiş tədbirlə qeyd edib. Artıq 4-cü dəfə keçirilən tədbirə Mətbuat Şurasının sədri Əflatun Amaşov da qoşulub.
Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyev bütün jurnalistlərin bayramını təbrik edib.
“Azərbaycan Respublikasının çiçəklənməsi naminə hamımıza bol-bol xeyirxah, qərəzsiz, obyektiv və pozitiv materiallar arzu edirəm”, - deyə Sputnik Azərbaycan-ın rəhbəri bütün jurnalistlərə xoş sözlərini çatdırıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə Sputnik Azərbaycan-ın Azərbaycanla bağlı həqiqətlərin ölkədən kənarda yayılmasında və ölkənin imicinin formalaşmasında gördüyü işləri qeyd edib.
Abidənin önünə toplananlar ölkədə mətbuatının banisinin xatirəsini yad edib, abidənin önünə əklil qoyublar.