CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana gələn turistlərlə bağlı rəqəmlər açıqlandı

© Sputnik / Murad OrujovТуристы в Ичери Шехер
Туристы в Ичери Шехер - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycana turist axını ilə bağlı son rəqəmlər açıqlanıb – Artım var

BAKI, 22 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Şəki Xan sarayı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Xan Sarayını nə qədər turist ziyarət edib - STATİSTİKA

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, gələnlərin 29,4 faizi Rusiya, 24,3 faizi Gürcüstan, 10,5 faizi Türkiyə, 7,5 faizi İran, 2,6 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,9 faiz olmaqla Ukrayna və Hindistan, 1,5 faizi Türkmənistan, hər birindən 1,4 faiz olmaqla Böyük Britaniya, Qazaxıstan və İraq, 1,3 faizi Pakistan, 12,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 68 faizini kişilər, 32 faizini isə qadınlar təşkil edib. Ölkəmizə yanvar-iyun aylarında gələnlərin sayında daha çox artım Misir (83,1 faiz), Türkmənistan (81 faiz), Hindistan (80,3 faiz), Çin (77,1 faiz), Səudiyyə Ərəbistanı (76,7 faiz), Macarıstan (52,4 faiz), Böyük Britaniya (35,7 faiz), Kanada (30,8 faiz), Cənubi Koreya (29,5 faiz), Almaniya (27,2 faiz), Yaponiya (24,6 faiz), Pakistan (24,4 faiz), Gürcüstan (22,8 faiz) və Polşa (20,2 faiz) vətəndaşları arasında qeydə alınıb.

2019-cu ilin yanvar-iyun aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 24,3 faiz artaraq 66,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 5,0 faiz artaraq 502,5 min nəfər olub. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 59 faizi dəmir yolu və avtomobil, 40,2 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

Xəbər lenti
0