CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əli Həsənov: “Mediamızın inkişafı dövlətinin inkişafına tam adekvatdır”

© Sputnik / Murad OrujovAzərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin köməkçisi müsabiqədə qalib gələn jurnalistləri təbrik edib

BAKI, 21 iyul – Sputnik. İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, Müsabiqəyə 56 KİV-dən 142 yazı təqdim edilib. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib, ümumilikdə, 111 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

Газеты на компьютерной клавиатуре, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Milli Mətbuatının 144 illiyi münasibətilə media işçilərini təbrik edib. Azərbaycan mediasının inkişafından danışan Əli Həsənov bildirib ki, mətbuatımızın 144 ilinin 27 ili müstəqillik dövrünə aiddir. Bu, bir reallıqdır ki, 27 illik tarixə malik müstəqil mediamız ölkəmizi dünyada layiqincə təmsil edir və bu istiqamətdə fəaliyyətini davam etdirəcək.

Müstəqil mediamızın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətlərini xatırladan Əli Həsənov deyib ki, 1998-ci ildə Ümummilli Liderin Fərmanı ilə Azərbaycan mətbuatı üzərindən senzura strukturları, eləcə də medianı tənzimləyən dövlət qurumu olan Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Beləliklə, Azərbaycan mediasına özünü ictimai tənzimləyə bilməsi üçün şərait yaradıldı. Jurnalistlərin dəstəyi və iştirakı ilə Mətbuat Şurası təsis olundu. Bu Şura mətbuatın, o cümlədən jurnalistlərin problemlərini mütəmadi araşdırır, dövlət qarşısında təşəbbüslərlə çıxış edir və müvafiq olaraq, dövlət tərəfindən o təşəbbüslərin ən mütərəqqilərinə dəstək verilir. “Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının təməlini qoymuşdusa, ulu öndər Heydər Əliyevin adı azad medianın banisi kimi tariximizə düşdü. Ümummilli Lider media ilə bağlı bütün tənzimləmə və senzura mexanizmlərini ləğv edərək Azərbaycanda azad mətbuat üçün lazımi şəraiti yaratdı. Ulu Öndərin 2003-cü ilə qədər bilavasitə özünün iştirakı ilə davam etdirilən media siyasəti həmin dövrdən etibarən Prezident İlham Əliyev tərəfindən dönmədən, ardıcıl, prinsipial şəkildə həyata keçirilir və medianın bugünkü inkişafında dövlətimizin başçısının xüsusi xidmətləri var”, - deyə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi qeyd edib.

Mətbuatımızın bugünkü reallığının Azərbaycan dövlətinin mediaya, jurnalistlərə dəstəyinin tam şəffaflaşdırılması, sistemləşdirilməsi və ardıcıl olaraq həyata keçirilməsindən ibarət olduğunu vurğulayan Əli Həsənov deyib: “2008-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” qəbul olundu, sonra o konsepsiyanı reallaşdıracaq KİVDF yaradıldı. O gündən bu günə qədər Fond bilavasitə jurnalistlərin iştirakı ilə özünün Müşahidə Şurasını formalaşdıraraq Azərbaycan dövləti, Azərbaycan Prezidenti tərəfindən ayrılan yardımları media ictimaiyyətinə çatdırır, mətbuatımızın ictimailəşmiş problemlərini təhlil edir, araşdırır, dövlət qarşısında bu və ya digər təkliflərlə çıxış edir və o təkliflərə də dövlət tərəfindən dəstək verilir. Bu müddətdə Azərbaycan mediasına 50 milyon manata yaxın yardım göstərilib. Qəzetlərimiz bilavasitə və qismən dövlət tərəfindən maliyyələşdirilib. 

Sputnik Azərbaycan-ın gözəl ənənəsi davam edir – Mətbuat günündə H.B. Zərdabi yad edildi  - Sputnik Azərbaycan
VİDEO
Sputnik Azərbaycan-ın gözəl ənənəsi davam edir – Mətbuat günündə H.B. Zərdabi yad edildi
Qəzetlərin uzun müddət yaranmış borcları dövlət tərəfindən ödənilib, ayrı-ayrı sahələr üzrə dotasiyalar verilib. Azərbaycan dövləti hesab edir ki, bu gün mətbuat dövlətin himayəsində və qayğısında olmalıdır. Mətbuat mədəniyyətin bir hissəsidir, onun əsas sahələrindən biridir. Əgər dövlət bu gün özünün milli-mənəvi simasını, milli-mənəvi varlığını nümayiş etdirən teatrına, ədəbiyyatına, şairinə, yazıçısına, teatr xadiminə, rəssamına dəstək göstərir, yardım edirsə, nəyə görə bu yardım mediaya göstərilməməlidir. Buna görə də mediamızın inkişafı Azərbaycan dövlətinin inkişafına tam adekvatdır. Azərbaycan dövləti mədəniyyət xadimlərinə də, idmançılara da, jurnalistlərə də ev verir, onların sosial həyatının yaxşılaşdırılması istiqamətində addımlar atılır. Buna qarşı qısqanclıq, buna qarşı hər hansı fikir formalaşdırmaq, düşünürəm ki, sağlam məntiqin, sağlam düşüncənin nümunəsi deyil. Siz jurnalistlər yaxşı bilirsiniz ki, bunların heç biri təmənna daşımır, bunların heç biri sizin yaradıcılıq imkanlarınızı məhdudlaşdırmır və məhdudlaşdıra da bilməz”.

Əli Həsənov sonda müsabiqədə qalib gələn jurnalistləri təbrik edərək, Milli Mətbuat Günü münasibətilə media işçilərinə xoş arzularını çatdırıb.

Xəbər lenti
0