Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi"dən "bir güllə ilə iki dovşan"

© Sputnik / Murad OrujovМатч "Нефтчи" - "Сперанца"
Матч Нефтчи - Сперанца - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan klublarının Avrokubok oyunları tarixində "Qarabağ" Gürcüstanın "Samtredia" klubunu, hal-hazırda "Keşlə" adı ilə çıxış edən "İnter" klubu Estoniyanın "Trans Narva" klubunu 5-0 yenməyi bacarmışdı.

BAKI, 19 iyul — Sputnik. Ötən gün "Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Bakcell Arena"da Moldovanın "Speranta" klubunu qəbul edib.

Futbolçunun kölgəsi - Sputnik Azərbaycan
İDMAN
AFFA tanınmış futbol klubu ilə bağlı qərar verdi

Sputnik Azərbaycan bildirir ki, ilk oyunda rəqibi 3 cavabsız qolla məğlub edən "ağ-qaralar" bu dəfə daha "insafsız" olublar. 6-0 hesabı ilə qalib gələn "flaqman"ın heyətində 2 dəfə Vangelos Platellas, Emin Mahmudov, Dario Federiko, Stiven Monroz və İsmayıl Zülfüqarlı fərqləniblər. Bununla da "Neftçi" avrokuboklarda bir oyunda rəqibin qapısından 6 top keçirən ilk Azərbaycan klubu olub. Azərbaycan klublarının Avrokubok oyunları tarixində "Qarabağ" Gürcüstanın "Samtredia" klubunu, hazırda "Keşlə" adı ilə çıxış edən "İnter" klubu Estoniyanın "Trans Narva" klubunu 5-0 yenməyi bacarmışdı. "Neftçi", həmçinin Avrokuboklarda iki oyunun nəticəsinə görə rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib. "Neftçi" iki oyunda rəqib qapısından 9 top keçirib.

Qeyd edək ki, indiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə ən böyükhesablı qələbələrini "Qarabağ" Litvanın "Banqa" klubu, "İnter" isə "Trans Narva" üzərində qazanıb (7-0).

Xəbər lenti
0