Ermənistanda vəziyyət gərginləşdi, tutulanlar var

© Sputnik / STRINGERНачальник полиции Валерий Осипян в Иджеване
Начальник полиции Валерий Осипян в Иджеване - Sputnik Azərbaycan
Abunə olmaq
Əgər ehtiyac yaranarsa, fiziki güc və xüsusi texnika da tətbiq edilə bilər

BAKI, 18 iyul — Sputnik. Ermənistanın İcevan rayonunda taxta sexlərinin əməkdaşları Gürcüstana gedən dövlət əhəmiyyətli yolu bağlayıb. Sputnik Ermənistan xəbər verir ki, aksiya iştirakçıları əvvəllər olduğu kimi meşədə ağac kəsməyi icazə verilməsini tələb ediblər. Polis onları yoldan kənarlaşdırmaq istəyib, lakin etirazçılar hüquq mühafizə orqanları əməkdaşlarını daş qalaq ediblər. Nəticədə ondan çox polisə xəsarət yetirilib.

Qarşıdurma zamanı 13 nəfər şəxs saxlanılıb, daha 6 nəfərin isə rayon ərazisindən çıxmasının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Газовая плита, фото из архива - Sputnik Azərbaycan
Moskva qərar verdi, Ermənistan satılan qazın qiyməti artırılır

Polisə qarşı zorakılıq və xuliqanlıq maddələri üzrə cinayət işi başladılıb. Cinayət işini Ermənistan İstintaq Komitəsinin xüsusi ilə vacib işlər idarəsi tərəfindən aparılır.

Məsələyə Ermənistan baş naziri Nikol Paşinyan da münasibət bildirib. O, vurğulayıb ki, meşələrdə qanunsuz ağac kəsiminin qarşısı qətiyyətlə alınacaq.

"Ötən gün baş verən insidentin bütün günahkarları, həmçinin təşkilatçıları sərt şəkildə cəzalandırılacaq" - deyə Paşinyan qeyd edib.

Ermənistan Polisinin rəisi Valeri Osipyan Tavuş vilayətində baş verənləri şəxsən nəzarətə götürüb. O, vurğulayıb ki, əgər ehtiyac yaranarsa, fiziki güc və xüsusi texnika da tətbiq edilə bilər.

Osipyan qeyd edib ki, dövlət sərhədində xidmət aparan polis qoşunları göstərdi ki, ehtiyac yaranacağı təqdirdə İcevan da daxil olmaqla bütün ölkə ərazisində ictimai asayişi təmin edə bilər.

Xəbər lenti
0