ABŞ "F-35"lərlə bağlı qərarını verdi

© REUTERS / Axel Schmidt"F-35" tipli qırıcı
F-35 tipli qırıcı - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ Türkiyəyə özünün "Patriot" sistemini almaq üçün "sıranın əvvəlinə keçmək" təklifi edib, amma nəticə əldə edə bilməyib

BAKI, 17 iyul — Sputnik. Ağ ev Türkiyəyə "F-35" qırıcı təyyarələrinin satışını istisna edir.

Министр иностранных дел Турции Мевлют Чавушоглу беседует со СМИ во время совместной пресс-конференции с министром иностранных дел Люксембурга Жаном Ассельборном - Sputnik Azərbaycan
Ankaradan Moskvaya gözlənilməz "S-400" xəbəri: "Ancaq özümüz nəzarət edəcəyik"

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu qərarı ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini alması ilə izah edib.

"Türkiyə tərəfindən Rusiyanın "S-400" zenit-raket komplekslərinin alınması ilə Ankaraya ən yeni "F-35" təyyarələrinin tədarükü uyğun gəlmir", - Ağ evin mətbuat katibi Stefani Qrişem bəyan edib.

""F-35" Rusiyanın onun (təyyarənin - red.) qabaqcıl imkanlarının öyrənilməsi üçün istifadə edə biləcəyi kəşfiyyat məlumatlarını toplayan platforması ilə yanaşı mövcud ola bilməz", - Qrişem bildirib.

Mətbuat katibinin sözlərinə görə,  ABŞ Türkiyəyə özünün "Patriot" sistemini almaq üçün "sıranın əvvəlinə keçmək" təklifi edib, amma nəticə əldə edə bilməyib.

Xatırladaq ki, ötən həftə "S-400" zenit-raket komplekslərinin birinci partiyası artıq Türkiyəyə çatdırılıb.

ABŞ Türkiyənin "S-400" zenit-raket komplekslərini almasına mane olmağa çalışıb. Vaşinqton artıq Ankaranı sanksiyalarla və "F-35" qırıcısına dair müqaviləyə xitam verəcəyi ilə təhdid edib.

Первые части российской системы противоракетной обороны С-400 выгружены с российского самолета в аэропорту Муртед, известном как авиабаза Акинчи, недалеко от Анкары, Турция - Sputnik Azərbaycan
S-400 sistemləri ilə bağlı saziş Ankara və Moskvanın siyasi uğurudur

İyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib.Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

Xəbər lenti
0