BAKI, 16 iyul — Sputnik. 2019-cu il iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.
Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, İ.Rəsulzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Onun axtarışına Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyəti və 3 texnikası cəlb olunmuşdu.