Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kürdə batan hər iki qardaşın meyiti tapıldı

CC0 / anneileino / SummerGöldə batan adam, arxiv şəkli
Göldə batan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sadıqovların iki övladı varmış, ikisi də bir gündə batıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 22 İyun — Sputnik. Kür çayının Salyandan keçən hissəsində batan qardaşlardan digərinin də meyiti tapılaraq sudan çıxarılıb.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Salyan rayon, Aşağı Noxudlu kənd bələdiyyəsinin sədri Hakim Mustafayev məlumat verib.

O, bildirib ki, saat 13:30 radələrində 2006-cı il təvəllüdlü Sadıqov Ramal Seymur oğlunun da meyiti qardaşının tapıldığı yerin yaxınlığından tapılıb.

H.Mustafayevin sözlərinə görə, Sadıqovlar ailəsinin iki övladı varmış. Onlar valideynlərindən xəbərsiz Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində üzərkən batıblar. Bələdiyyə sədri buna qədər 30 ilə yaxındır ki, Kürün kənddən keçən hissəsində suda boğulma, batma halının qeydə alınmadığını söyləyib.

Xatırladaq ki, iyunun 21-də Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan qardaşlardan birinin -  2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

Xəbər lenti
0