CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Ölüvay" bitlərin üzərində biznes qurmaq cəhdi - gücü çatmayan oğurlayır

CC0 / CITYEDV / LTEАнтенна LTE
Антенна LTE - Sputnik Azərbaycan
Abunə olmaq
Bir çox insanın biznesi, həyat tərzi internetin mövcudluğuna bağlıdır, olmasa, işığı sönən şəhər kimi hər yeri informasiya “qaranlığı” bürüyər

BAKI, 16 iyul — Sputnik. Bakı kəndlərində hansısa qonşunun divarına söykənib əlində smartfonla nəsə axtaran məktəb yaşlı uşaqlara tez-tez rast gəlirik. Bu mənzərə nə qədər təəccüb doğursa da, kökündə bir problemi əks etdirir: bu məktəblinin və onun ailəsinin internetə əlçatımlılığının olmamasını.

Azərbaycan 207 ölkə arasında internetin sürətinə görə 141-ci yerdə qərarlaşıb

Paytaxtın müxtəlif əraziləri fərqli səviyyədə internetlə təmin olunub, çünki interneti əhaliyə satan provayderlər adətən insanların sıx məskunlaşdığı yerlərə xidmət təklif etməkdə maraqlıdırlar. Müştəri nə qədər çox olarsa, bir o qədər də gəlir çox olacaq deyə. Abşerondakı qəsəbələr isə internetlə ya qismən, ya da çox zəif təmin olunub. Bir sıra kəndlərdə "Bakinternet" tam monopolist qurum olaraq fəaliyyət göstərir. Yəni başqa provayderin buraya girmək icazəsi yoxdur. İnternet də köhnəlmiş ADSL texnologiyası, yəni telefon xətləri ilə ötürülür. Telefon da heç də hər yerdə yoxdur. Evinə adi şəhər telefonu çəkdirmək istəyən çox insan hələ də növbə gözləyir, buna nail ola bilmir.

Корзина с покупками в супермаркете - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Beş il əvvəlin ərzağı, günə bir saat internet - maaşla "minimum" düz gəlməyəndə

Telefon əldə etdikdən sonra isə internet növbəsini gözləməlisən, yer olsa, interneti verərlər. Fərli-başlı internet də olmur. Elə-belə baş aldatmaqdır. Evində telefonu və interneti olmayan, ailəsinin maddi vəziyyəti də mobil internet paketinə qoşulmaq üçün yetərli olmayan belə uşaqlar qonşudan internet “oğurlamağa” məhkumdurlar.

Bu günlərdə yayılan "Worldwide broadband speed league 2019" reytinqində Azərbaycan 207 ölkə arasında internetin sürətinə görə 141-ci yerdə qərarlaşıb. Ölkə üzrə orta sürət 3 meqabit olub, ötən illə müqayisədə reytinqdə 6 pillə aşağı düşüb. 2018-ci illə müqayisədə 2,56 meqabitdən 3,03 meqabitə kimi artım olsa da, digər ölkələrdə internetin sürəti daha çox artıb. Qonşu Gürcüstan bu siyahıda 7,14 meqabitlə 88-ci, Ermənistan isə 4,85 meqabitlə 110-cu yerdədir. Siyahıya 85,02 meqabit göstərici ilə Tayvan başçılıq edir. Son yerlərdə isə Ekvatorial Qvineya, Yəmən, Şərqi Timor kimi ölkələri görmək olar.

Biznes mərkəzlərdə 20-50 meqabitlik sürətli internet var

Azərbaycanda ən güclü internet məhz Bakının bahalı rayonlarında, mərkəzində inşa edilmiş ofislərin məskunlaşdığı yerlərdə toplanıb. Biznes mərkəzlərdə 20-50 meqabitlik sürətli internet var. Müasir ofis internetsiz benzini olmayan avtomobil kimidir, olmasa, deməli, iş də yoxdur. Bütün işlər internetlə görülür.

Kompyuter monitorunda apa.az saytına baxan adam - Sputnik Azərbaycan
İnternetdəki problem nədən qaynaqlanır - ŞƏRH

Şəhərdən kənarlaşdıqca internetin həm sürəti azalır, həm də keyfiyyəti itir. Bakı kəndlərində və Azərbaycanın regionlarında biznes quracaq səviyyəli internet yoxdur. Bakının hər yerinə 100 meqabitlik internet verəcəyini keçmiş rabitə və texnologiyalar naziri Əli Abbasov 2012-ci ildə söz vermişdi, “Genişzolaqlı internetin inkişafı üzrə Strategiya” layihəsi çərçivəsində Azərbaycanın hər guşəsinə sürətli internet verilməli idi. 2015-ci ilin sonunda Rabitə və Texnologiyalar Nazirliyi ilə bağlı bir sıra qalmaqallı hadisələrin və yeni nazir Ramin Quluzadənin bir sıra kadr dəyişikliyinə yönlənməsi fonunda internet probleminin tez bir zamanda həll ediləcəyinə ümidlər artsa da, bu günün prizmasından elə də ciddi dəyişikliklərin olmadığı aydın olur.

Nazirliyə daxil olan bir sıra qurumların rəhbərliyində, həmçinin strukturunda islahat aparılsa da, hələ 2016-cı ilin əvvəlində Ramin Quluzadə tezliklə fiber-optik internetin çəkiləcəyi barədə işlərin görüldüyünü mətbuata bildirsə də, bu proses hələ də ləngiyir. Ayrı-ayrı məkanlara, biznes mərkəzlərinə, böyük şirkətlərə sürətli fiber-optik internet verilsə də, internetin adi vətəndaşa əlçatımlığı çox ləngiyir.

İstehlak paketində hər ailənin payına günə yalnız 1 saatlıq internet düşür

Genişzolaqlı internet, əslində, optik kabellə paket halında verilir. Bu kabellə həm sürətli internet, həm telefon, həm də İPTV xidməti təklif edilir. Bəzən bu xidmət növləri istənilən səviyyədə olmur. Hər hansı bir planlı internetləşmə yoxdur, ayrı-ayrı işlər görülür, vəssalam.

Harada biznes marağı var, oraya internet çəkilir. Daha imkansız kvartallara, Bakı ətrafı kəndlərə, Azərbaycanın ucqar bölmələrinə internet verilmir, ya da verilən internetin keyfiyyəti çox aşağı olur. Kim əldən cəld olsa, internetə əli çatır. Əlçatımlıq baxımdan ölkədə internetlə bağlı kifayət qədər çətinlik var. İnternetlə olan vəziyyəti evinin yanından böyük qaz kəməri keçən, amma o qazdan istifadə edə bilməyən vətəndaşın durumuna bənzətmək olar. Azərbaycanda külli miqdarda internet var. Ölkəyə Avropa, Rusiya, Gürcüstan və İrandan magistral internet xətləri daxil olur. Biz həm internet alırıq, həm də satırıq. Amma əhalinin imkansız hissəsinin o internetə həsrətlə baxmaqdan başqa əlacı yoxdur. İnternetin paylaşdırılması və çatdırılması problemi olduqca aktualdır.

“Google” şirkəti - Sputnik Azərbaycan
İnternet nəhəngləri əllərinin uzandığı bütün ölkələrdə vergi ödəyəcək

İnternetin inkişafı zamanın tələbinə uyğun getmir, xeyli gecikir. Hətta istehlak paketində hər Azərbaycan ailəsinin payına günə yalnız 1 saatlıq internet düşür, halbuki bu rəqəm ümumilikdə qat-qat yüksəkdir. Bir çox insanın biznesi, həyat tərzi internetin mövcudluğuna bağlıdır, olmasa, işığı sönən şəhər kimi hər yeri informasiya “qaranlığı” bürüyər. Mətbuat da tam internetləşib, qəzetlər yoxa çıxıb, onların internet versiyaları yaranıb, radiolar tədricən internetə keçir, dünyanın ən aparıcı stansiyalarını rahatlıqla qlobal şəbəkədən izləmək olar. Televiziyalara gəldikdə isə, internetə çıxışı olan qurğular vasitəsilə ilə TV-ləri izləmək mümkündür. Yaxın gələcəkdə bütün bu vasitələrin yalnız internetlə ötürülməsinin şahidi olacağıq. Sadəcə, əhalinin bir hissəsinin internetə əlçatımlığı daha yüksək, mərkəzdən uzaq düşənlərin isə daha azdır.

“Binalar” kompleksini bir yerli şirkət fiber-optik internetlə təmin edib

Bəzi işlərin görüldüyünü də demək olar. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə layihələr reallaşır. Məsələn, nazirliyin tabeçiliyində olan "Baktelekom" birliyi Bakı ətrafı kəndlərdə peyklə ötürülən internet təklif edir. Yəni evin damına birləşdirilən bir qurğu fiber-optik xətlə gəlməli olan internetin bütün funksiyalarını icra edir, özündə interneti, telefonu və İPTV-ni birləşdirir. Bəzi yerlərdə normal, bəzi yerlərdə isə o qədər də yaxşı olmayan internet təklif edilir. Bir problem var, qurğu vətəndaşın öz hesabına quraşdırılır. Təklif paketindən asılı olaraq haradasa 200-300 manat hesabına başa gəlir. Qazın, işığın pulunu güclə ödəyən, suyu xüsusi maşınlarda gətizdirən əhalinin bu hissəsi üçün bu qədər məbləği ödəmək bəzən real görünmür.

WhatsApp logo - Sputnik Azərbaycan
İnternetsiz WhatsApp istifadə etmək istəyənlər üçün

Ayrı-ayrı şirkətlərin hansısa məkanı internetləşdirməsi kimi hallar da olur. Məsələn, Məhəmmədi kəndinin girişində yerləşən “Binalar” kompleksini bir yerli şirkət fiber-optik internetlə təmin edib. İnternetə qoşulmaq istəyən sakinlərə tam havayı qoşulma və avadanlıq təklif olunub. İnternetin qırılması, kəsilməsi kimi hallara son qoyulub, qiyməti də münasibdir.

İnternetin nə vaxt kəndlərə və regionlara gələcəyi bəlli deyil

Əslində, bu kimi müsbət nümunənin yaxınlıqda yerləşən Məhəmmədi, Mehdiabad, Pirşağı kimi kəndlərə transfer edilməsi yerinə düşərdi. Amma kənd evləri binalar qədər sıx məskunlaşmadığı üçün bu yerlərdə yaşayan insanların tez bir zamanda keyfiyyətli internetlə təmin olacağına ümid azdır. Şəxsi şirkətə bu, baha başa gəldiyindən o qədər də maraqlı deyil, dövlət xətti ilə də internetin nə vaxt kəndlərə və regionlara gələcəyi bəlli deyil.

Belə bir infrastruktur layihənin reallaşması internetlə iş əldə etmək, biznes qurmaq kimi proseslərə müsbət yardım göstərək, əhalinin şəhərə axınının qarşısını qismən alardı. Bu gün evdə oturub dünyanın o başında yerləşən şirkətdən sifariş alıb pul qazanmaq olar. Belə biznesə qoşulanlar həm özlərini təmin etməyə, həm də ölkəyə valyuta gətirməyə nail ola bilərlər. Fərli internet yoxdur deyə elə hamı mobil provayderdən azacıq internet paketi alıb başını oyun oynamaqla qatır.

Şəhərin mərkəzi ofislərində istənilən qədər interneti olanlar kənarda onun olmamağından əziyyət çəkənlərin dərdindən xəbərsizdirlər. 

Necə deyərlər, toxun acdan nə xəbəri…

Xəbər lenti
0