CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İnternet nəhəngləri əllərinin uzandığı bütün ölkələrdə vergi ödəyəcək

© REUTERS / HANNAH MCKAY“Google” şirkəti
“Google” şirkəti - Sputnik Azərbaycan
Abunə olmaq
Onların, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır

BAKI, 30 aprel — Sputnik. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibi Angel Gurria, qısaca olaraq GAFA adı verilən "Google", "Apple", "Facebook" və "Amazon" kimi internet nəhənglərinin 2020-ci ilin sonuna qədər qanuni şəkildə vergiyə cəlb ediləcəyini açıqlayıb. 

Sosial şəbəkələr - Sputnik Azərbaycan
Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Gurrianın sözlərinə görə, bundan sonra inkişaf etməkdə olan ölkələr bu günə qədər toplaya bilmədikləri vergini toplaya biləcək: "İlin bitməsinə hələ 8 ay var və layihənin üzərində işlər davam edir. Dünya ölkələrinin iqtisadiyyatları, cəmiyyətləri və ölkələri bir araya gələrək eyni kriteriyaların necə idarə ediləcəyinə dair razılığa gəlməlidir. Bunun üzərində çalışırıq. Çox çətin və qarışıq işdir. Ancaq buna baxmayaraq, böyük irəliləyiş müşahidə edirik".

Gurria, həmçinin bildirib ki, beynəlxalq vergi qaydaları mövzusunda Fransa, Almaniya, ABŞ və Türkiyə kimi ölkələrin maliyyə nazirləri başda olmaqla, hər kəs bu məsələnin OECD səviyyəsində həll edilməsini istəyir.

Qeyd edək ki, bu gün rəqəmsal iqtisadiyyatın nəhənglərinin, sadəcə öz mərkəzi ofislərinin yerləşdiyi ölkədə vergi ödəməsi narazılıqlara yol açır.

Xəbər lenti
0