Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xan Sarayında baş verən olayda yaralanan iki nəfər hələ də Şəkidədir

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı
Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Yaralanan şəxslərin vəziyyəti ağır-stabil və orta-ağır kimi dəyərləndirilir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Şəki Xan Sarayının həyətindəki Xan çinar ağacının budağının qoparaq insanların üstünə düşməsi nəticəsində ağır xəsarət alan turistlərdən ikisi hazırda Şəki Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsindədir. Onlardan birinin vəziyyəti ağır-stabil, digərinin vəziyyəti isə orta-ağırdır.

Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları...

Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Sərxan Musayev məlumat verib. Onun sözlərinə görə, hadisə baş verən gün xəstəxanaya 19 yaralı gətirilib. Onlardan 7-si xarici vətəndaş olub. Təcili olaraq Bakıdan həkim briqadası cəlb olunub və helikopterlər gətirilib. Helikopter vasitəsilə 3-ü əcnəbi və 1 yerli vətəndaş Bakıya aparılıb.

Həkimin sözlərinə görə, hazırda Şəki xəstəxanasında 2 yaralı qalır. Onlar reanimasiya şöbəsində müalicə alırlar. Xəsarət alan Xatirə Ağamalıyevanın vəziyyəti ağır-stabil kimi dəyərləndirilir. Elxan Məmmədov adlı digər turistin isə onurğa sütununda fəqərələrin yeri dəyişməyən sınığı var. Onun da vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Hər iki xəstə stasionar müalicədədir.

Musayevin sözlərinə görə, Bakıdan olan həkim briqadası artıq yoldadır və onlar Şəki xəstəxanasında reanimasiyada olan bu xəstələrə baş çəkəcəklər. Hazırda Şəkidə stasionarda yatan xəstələrin hər ikisi yerli vətəndaşlardır.

Onların nə üçün Bakıya aparılmadığına aydınlıq gətirən baş həkimin müavini deyib ki, digər ağır yaralı xəstələrdən fərqli olaraq, bu xəstələrin vəziyyəti nisbətən yüngül olub, həm də onları uzaq məsafəyə aparmaq məsləhət görülməyib. Bununla belə, Şəkidə müalicə alan yerli turistlərə baxmaq üçün Bakıdan həkimlərin vaxtaşırı ora getməsi nəzərdə tutulub.

Qeyd edək ki, iyunun 14-ü saat 12:00 radələrində Şəki Xan Sarayının qarşısındakı 500 ilədək yaşı olan Xan çinar ağacının budağı yerə düşərək insanlara xəsarət yetirib. Xəsarət alan 19 nəfərdən 7-si xarici, 12-si isə yerli vətəndaş olub.

Xəbər lenti
0