CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları...

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı
Şəki xan sarayı — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı - Sputnik Azərbaycan
Abunə olmaq
Şəki intonasiyası, Şəki dialekti və lətifəsi də o mədəni irs siyahısında olmalıdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 9 iyul — Sputnik. Ötən gün Bakıda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Sputnik Azərbaycan ölkəmizin tanınması, təbliğ edilməsi baxımından son dərəcə vacib olan bu məsələ ilə bağlı şəkililər və Şəkini sevənlərin təəssüratlarını öyrənib. 

© Sputnik / Shahperi AbbasovaŞəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir
Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları... - Sputnik Azərbaycan
Şəki xan sarayı hal-hazırda muzey kimi fəaliyyət göstərir

Şəki “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayevanın sözlərinə görə, UNESCO-nun İrs Komitəsinin qərarından sonra Şəkidə turizmin inkişafı geniş vüsət alacaq: "Son illər turizm Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahə hesab olunur. Düşünürəm ki, UNESCO tərəfindən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrsi elan edilməsi Azərbaycan xalqı ilə yanaşı, həm də bəşəriyyətin mədəni irsi elan olundu. Çox güman ki, bu qərardan sonra Şəkinin bir çox köhnə məscidləri, hamamları, klassiklərimizin ev muzeyləri təmir və restavrasiya olunacaq. Bununla həm biz ölkəyə turistlərin gəlişini artıra, həm də mədəniyyət ocaqlarımızı dünyaya tanıda biləcəyik. Bu, işsizliyin aradan qaldırılmasına və ümumi rifah səviyyəsinin artmasına səbəb olacaq".

© Sputnik / Shahperi AbbasovaŞəki şəhərində qədim küçələrdən biri
Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları... - Sputnik Azərbaycan
Şəki şəhərində qədim küçələrdən biri

AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli isə bu xəbəri çoxdan gözlədiyini bildirib: "Uzun illər Azərbaycanın şimal-qərb bölgəsini araşdıran adam kimi deyə bilərəm ki, bu xəbər mənim üçün gözlənilməz deyildi. Mən bunu çoxdan gözləyirdim. Hələ təxminən 50-60 il bundan öncə türk dünyasının böyük şairi Nazim Hikmət deyirdi ki, təkcə Xan sarayı kifayət edir ki, dünyanın Azərbaycan mədəniyyəti, tarixi, mədəni irsi, insanların yaratdığı qeyri-adi sənət nümunəsi haqqında təsəvvürü olsun. Xan sarayı Azərbaycan insanın keçdiyi tarixin bir simvoludur. Zaman-zaman digər bölgələr dəyişsə də, nə yaxşı ki, Şəki öz simasını itirməyib. Şəkililər bu qədimliyi qoruyub saxlaya biliblər. Çünki yerli adət-ənənəni, memarlığı, dini və mənəvi dünyagörüşün bütün elementlərini Şəki bir şəhər altında birləşdirə bilib. Mən bir tarixçi olaraq sevinirəm ki, araşdırdığım və yaşadığım bu bölgə dünya ictimaiyyətinin diqqət mərkəzindədir".

© Sputnik / Shahperi AbbasovaYuxarı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara
Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları... - Sputnik Azərbaycan
Yuxarı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara

Tarixçinin fikrincə, Azərbaycanın şimal-qərb bölgəsində UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil ola biləcək abidələr var: "Balakən rayonunun mərkəzində yerləşən minarəli məscid son 150 ildə Cənubi Qafqazda və sovetlər imperiyasının ərazisində yaradılan təkrarı olmayan bir incəsənət nümunəsidir. Bundan başqa, Qax rayonunda yerləşən Mömin Vaçaqanın əmri ilə tikilən Qum bazilikası və Kürmük məbədini də həmin siyahıda görmək istəyərdim. Qum bazilikasının yerləşdiyi yer dahi Nizaminin dünyaya gəldiyi, yetişdiyi yer baxımından o abidənin, o məkanın qiyməti misilsizdir. Bu abidələr təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin mədəni irsidir ".

© Sputnik / Shahperi AbbasovaŞəki qala divarları
Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları... - Sputnik Azərbaycan
Şəki qala divarları

Şəki sakini Hafiz Əhədov ümid edir ki, bu qərar qədim Şəkinin bir sıra problemlərinin aradan qaldırılmasına zəmin yarada bilər: "Şəkinin əbədi və əzəli problemləri olan su və kanalizasiya problemləri düşünürəm ki, öz həllini tapacaq. Son dövrlər içməli su infrastrukturu yenilənib, antisanitariya məsələləri öz həllini tapır, kanalizasiya boruları  yenilənir və narahatçılıqların hamısı aradan qaldırılır. Ümid edirəm ki, bu hadisə bir stimul olar və Şəkidə sadaladığım problemlər 100% öz həllini tapar”.

© Sputnik / Shahperi AbbasovaŞəki şəhərində qədim küçələrdən biri
Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları... - Sputnik Azərbaycan
Şəki şəhərində qədim küçələrdən biri

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun tarixi abidələr üzrə mühafizi Təranə Mustafayeva da sevincini bizimlə bölüşdü: "Çox sevindirici haldır. Şəkiyə, xüsusilə də Xan sarayına turist axını artacaq. Artıq dünyada Şəkini tanıyacaqlar. Xarici ölkələrdə Şəkini tanımayanlar, artıq bura haqqında maraqlanacaqlar”. 

Azərbaycan Yazıçılar Birliyi Şəki filialının sədri, şair Vaqif Aslanın fikrincə, bu hadisə onun göstərir ki, Azərbaycanın qədimliyi, antikliyi və dünya mədəniyyətində oynadığı rol nəzərə alınıb və buna görə də Şəki dünya səviyyəsində mədəni irs siyahısına daxil edilib. Şairin sözlərinə görə, Xan sarayından başqa, Şəkinin dünya mədəniyyətinə bəxş etdiyi ən dəyərli nümunə IV əsrə aid Qədim Kiş məbədidir: "İstər inanclar sistemi baxımından, istərsə də sivilizasiyalar baxımından götürsək, bizim Şəkimiz həm inancların, həm də sivilizasiyaların kəsişdiyi nöqtədir. Bunda Şəkinin sağında və solunda olan regionların da payı var".

© Sputnik / Shahperi AbbasovaYuxarı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara
Dünyanın gözü oradadır – Xan sarayı, karvansaralar, qala divarları... - Sputnik Azərbaycan
Yuxarı Karvansara — qədim Şəki şəhəri ərazisində yerləşən karvansara

Vaqif müəllimin fikrincə, Şəki dialektinin özü də məhz o siyahıya daxil edilməlidir. O, bunu belə izah edib: "Çünki bu dialektdə elə sözlər, elə ifadələr var ki, bunlar Mahmud Kaşğarinin "Divani - lüğət-it türk" ensiklopedik əsərində öz ifadəsini tapır. Oğuz, qıpçaq dialektlərində bu ifadələrin öz əhəmiyyəti var. Şəki intonasiyası, Şəki dialekti və lətifəsi də o mədəni irs siyahısında olmalıdır. O cümlədən, karvansaraların, Şəki Xan sarayı, Qala divarlarının bu günə qədər qalmasının özü də Şəkinin qədim mədəni sivilizasiyaların mərkəzlərindən biri olmasını sübut edir. Əlbəttə ki, bu mənim üçün çox xoşdur. Bu sadaladıqlarım ümum-Azərbaycan kontekstində ümumdünya mədəniyyətinin tərkib hissəsidir".

Xəbər lenti
0