Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni qurum fermerləri ağ günə çıxara biləcəkmi?

CC0 / Maria Lindsey / appleAlma, arxiv şəkli
Alma, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Bir sıra hallarda fermerlər üçün yetişdirdikləri məhsulların bazara çıxarılmasında müxtəlif səbəblərdən çətinliklər olur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Nazirlər Kabineti iyulun 4-də "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnaməsini təsdiq edib. Nizamnamə kapitalı 6 milyon manat məbləğində olan Cəmiyyətin vəzifləri və hüquqları müəyyən edilib.

Maraqlıdır, fermerlər üçün məhsulların tədarükünə və bazara çıxarılmasına dəstək veriləcəkmi?

"Aqrar tədarük və təchizat" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev Sputnik Azərbaycan-a deyib ki, Cəmiyyət dövlət sifarişi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirən, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edən kommersiya hüquqi şəxsdir.

Пшеничное поле, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
İndiyədək Azərbaycanda 1 milyon 210 min tondan çox taxıl yığılıb

Onun sözlərinə görə, Cəmiyyətin əsas fəaliyyəti dövlət müəssisə və təşkilatlarının kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının ödənilməsinə istiqamətlənib: "Bir neçə gün öncə Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş nizamnamədə bu müddəalar geniş şəkildə öz əksini tapıb. Burada yeganə istisna olunan Dövlət Taxıl Fondu üçün buğda alınmasıdır. Dövlət sifarişli kənd təsərrüfatı və ərzaq məhsullarının alqı-satqısı www.tedaruk.az onlayn portalı vasitəsilə həyata keçirilir, sifarişçilər öz tələbatlarını, istehsalçılar və fermerlər isə öz məhsullarını portala yerləşdirir".

"Cəmiyyət eyni zamanda kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin verdiyi sifarişlər üzrə də kənd təsərrüfatı və ərzaq məhsullarının məhsul istehsalçılarından birbaşa satın alınmasını və təchizatını həyata keçirir"-deyə qurum rəsmisi söyləyib.

O bildirib ki, kənd təsərrüfatı məhsullarının satışının və ixracının təşkil edilməsi də Cəmiyyətin fəaliyyətinə aid olan istiqamətlərdən biridir: "Bütövlükdə ASC-nin məqsədlərinə ölkədə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalını təşviq etmək, fermerlərin və qida istehsalçılarının məhsullarının həm daxili bazarda, həm də xarici bazarda satışına dəstək göstərmək, kənd təsərrüfatı və ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların fəaliyyətinin monitorinqini aparmaq, fermerlərin və istehsalçıların maarifləndirilməsini həyata keçirmək də daxildir".

"Artıq fəaliyyət istiqamətlərinə uyğun olaraq qurumun sosial media hesablarında, bölgələrdəki nümayəndəlikləri və rayon Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə fermerlərə müraciət edilib, yeni mövsümə uyğun olaraq fermerlər əməkdaşlığa dəvət olunur. Müraciətlərə əsasən, onların məhsullarının satışına dəstək göstəriləcək"-deyə M.Musayev əlavə edib.

Продажа мяса в Баку, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Ət ucuzlaşdı, süd məhsulları bahalaşdı - YERLİ BAZARDA

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, fermerlər üçün məhsulların tədarükünə və eyni zamanda bazara çıxarılmasına dəstək çox vacibdir: "Azərbaycan fermerlərinin tədqiqatları da göstərir ki, fermerlərə daha çox dövlət dəstəyinin verilməsinə ehtiyac var və dövlət dəstəyi bu istiqamətdə gücləndirilməlidir. Bu kontekstdən yeni qurumun yaradılması fermerlər üçün həm tədarük, həm də bazara çıxış imkanları baxımından çox vacibdir".

Onun sözlərinə görə, bu gün fermerlər üçün ən ciddi problemlərdən biri istehsal etdikləri məhsulların satışı ilə bağlı problemlərdir: "Bir sıra hallarda fermerlər üçün yetişdirdikləri məhsulların bazara çıxarılmasında müxtəlif səbəblərdən çətinliklər olur. Bəzi hallarda daha yüksək xərc tələb olunduğu üçün onun reallaşmasında çətinliklər olur. Nəticədə istehsal edilən məhsulların bir qismi xarab olur və fermerə ziyan dəyir. Ona görə də "Aqrar tədarük və təchizat" ASC-nin fəaliyyəti çox vacibdir".

"Qurum tərəfindən sahibkarlara xüsusən məhsulların bazara çıxarılmasında dövlət təşviqinin gücləndirilməsinə ehtiyac var. Əgər qurum bazara çıxışda dəstəyin artırılmasına nail ola bilərsə, nəticədə bu, fermerlərin uzun müddət üzləşdiyi problemlərin bir qisminin həllinə gətirib çıxardacaq"-deyə o bildirib.

Рабочие в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Biriləri sevinəcək, o birilər xərcə düşəcək – Bazara yeni məhsul gəlir

Ekspert bununla bağlı fərqli modellərin tətbiqini təklif edib: "Xüsusən istehsal edilən məhsulların bir qisminin dövlət ehtiyatları üçün alınmasının məcburi xarakter alması və s. Düşünürəm ki, bu istiqamətdə də fəaliyyətin genişləndirilməsi çox vacibdir. Bu istiqamətdə fəaliyyət genişlənərsə, fermer təsərrüfatları istehsal etdikləri məhsuldan daha çox gəlir əldə edə bilər. O baxımdan vacib fəaliyyətdir".

"Bütün hallarda bu qurumun fermerlərə təsiri onun fəaliyyətindən asılı olacaq. Ümid edirəm ki, qurumun fəaliyyəti fermerlər üçün faydalı olacaq və qurumun fəaliyyətinə də nəzarətin gücləndirilməsi çox vacibdir. Bütün hallarda söhbət kifayət qədər vacib bir istiqamət üzrə institusional dəyişiklikdən gedir"-deyə iqtisadçı bildirib.

Qeyd edək ki, Cəmiyyət həmçinin fövqəladə vəziyyət şəraitində əhalinin ərzaq məhsullarının təmin edilməsi ilə bağlı tapşırıqları icra edəcək. Cəmiyyətin ləğvi və yenidən təşkili Azərbaycan Prezidenti tərəfindən həyata keçirilir.

Xəbər lenti
0