CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Biriləri sevinəcək, o birilər xərcə düşəcək – Bazara yeni məhsul gəlir

© Sputnik / Murad OrujovРабочие в Баку
Рабочие в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "İnşaat sahəsində çalışanların sığortasının məcburi olması qəbul ediləndir, çünki bu, könüllü olsa, inşaat şirkətləri yenə də sığortadan istifadə etməkdə maraqlı olmayacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 iyul — Sputnik. "Azərbaycanın sığorta bazarına yeni sığorta məhsullarının gətirilməsi istiqamətində işlər aparılır. Şirkətlər üçün hazırlanan yeni sığorta məhsullarından biri də riskləri ilə daim diqqət çəkən tikinti sektoruna aiddir. İnşaat sektorunda çalışan işçilərin icbari sığortası da yeni məhsullar sırasındadır. Həmin sığorta məhsulu bazara daxil olarsa, tikinti şirkətlərində rast gəlinən bir sıra mənfi hallar, o cümlədən işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi məsələsi daha da aktuallaşacaq". "Vergilər" qəzeti xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov deyib. 

Договор страхования и калькулятор - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sığorta bazarına yeni qiymət gəlir – Kimin udacağı, kimin uduzacağı bilinmir

Tikinti sektorunda yeni sığorta məhsulunun tətbiqi ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, hazırda sığorta sektorunun ən ciddi problemlərindən biri sığorta şirkətlərinin fərqli məhsullar təklif etməməsidir: "Sığorta şirkətləri fərqli məhsulları bazara çıxararaq fəaliyyətlərini genişləndirə bilmir və ya genişləndirməkdə maraqlı deyillər. Ona görə də bu kontekstdən inşaat sektorunda yeni sığorta xidmətlərin təklif edilməsinə ehtiyac var. Son statistika da göstərir ki, baş verən qəzalar əksər hallarda tikinti sektorunda çalışanların həyatının itirilməsinə səbəb olur və ya sağlamlığına ciddi ziyan vurur. Məsələn, fəhlə həyatını itirir, amma icbari sığortası olmadığına görə ailəsinə sığorta ödənilmir. Və ya əmək qabiliyyətini itirir və işləmək imkanları məhdudlaşır. Sadəcə əlil kimi sosial müavinət alır və bu zaman hər hansı bir sığorta ödənişindən istifadə edə bilmir".

"Ona görə də tikinti sektorunda yeni sığorta məhsulunun təklif edilməsi xüsusən bu sektorda çalışan işçilərin taleyi baxımından çox mühümdür. Bu sektorda baş verən qəzalar, bədbəxt hadisələr nəticəsində dünyasını dəyişənlərin ailəsinin sosial təminatı baxımından çox vacibdir. Birmənalı şəkildə inşaat sektorunda yeni məhsulun təklif edilməsinə ehtiyac var" – deyə iqtisadçı bildirib.

Onun sözlərinə görə, inşaat sektorunda çalışan işçilərin sığortasının icbari olması qəbul ediləndir: "Çünki bu könüllü olsa, inşaat şirkətləri yenə də sığortadan istifadə etməkdə maraqlı olmayacaq. Tikinti sahəsində belə bir sığortanın tətbiq edilməsinə ehtiyac var ki, bu sahədə çalışanlar sığortalansın və bədbəxt hadisələr baş verən zaman sığorta ödənişi ala bilsinlər".

Ekspertin fikrincə, yalnız inşaat sektorunda deyil, ümumiyyətlə bütün sığorta şirkətləri təklif etdikləri məhsulların təkmilləşdirməsinə nail olmalıdır: "Məsələn, aqrar sığortanın təkmilləşdirilməsi çox vacibdir. Bu gün aqrar sığorta təklif olunsa da, amma reallıqda həmin sığortadan istifadə edənlərin sayı olduqca azdır. Eyni zamanda sığorta şirkətlərinə inamın aşağı olması problemin əsas tərəflərindən biridir".

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Həkim icbari tibbi sığorta barədə: əhalinin bütün təbəqlərini əhatə etməlidir

Sığorta eksperti Xəyal Məmmədxanlı da Sputnik Azərbaycan-a deyib ki, inşaat risklərini sığortalamaq lazımdır: "Yalnız tikintidə çalışanların sığortası yox, eyni zamanda inşaat şirkətlərinin məsuliyyət sığortası, yəni onların ətraf mühitə, başqa şəxslərə vurduğu ziyanlar da buraya daxil edilməlidir".

Onun sözlərinə görə, Azərbaycanda istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sığorta mövcuddur: "Bu, o deməkdir ki, inşaat şirkətində çalışan fəhlənin əmək müqaviləsi varsa, onlar onsuzda avtomatik şəkildə sığortalanırlar. Əmək müqaviləsi varsa, sığortalanma məcburidir. Onlar üçün əlavə sığortaya ehtiyac yoxdur. Amma inşaat şirkətlərinin məsuliyyətinin icbari sığortasına ehtiyac var. Çünki tikinti işləri aparan zaman kran evin üzərinə aşır, beton avtomobillərin üzərinə tökülür və s. baş verir. Ona görə inşaat şirkətlərinin məsuliyyət sığortası məcburi olmalıdır. Bu, dünya təcrübəsində də belədir".

Xəbər lenti
0