CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xalturşiklər"lə bağlı deputatdan maraqlı təklif

© Sputnik / Irade JELILYaranmış vəziyyətdən ən çox sürücülər narazıdır
Yaranmış vəziyyətdən ən çox sürücülər narazıdır - Sputnik Azərbaycan
Abunə olmaq
Rayonlararası taksi xidməti göstərən sürücülərin reysqabağı tibbi müayinədən keçməsi, eləcə də texniki müayinənin aparılıb-aparılmadığı DANX əməkdaşları tərəfindən də yoxlanıla bilər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Rayonlararası taksi xidməti göstərən sürücülər sərnişinlərin həyatı üçün sözün əsl mənasında təhlükəyə çevrilib. Sputnik Azərbaycan rayonlararası minik avtomobili ilə taksi xidməti göstərən sürücülərə, el dili ilə desək, "xalturşiklər"ə nəzarət məsələsini araşdırıb.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda taksi fəaliyyəti üçün verilən fərqlənmə nişanı avtomobil vasitəsilə göstərilən xidmətə vergi öhdəliyi üçün verilir. Bu sənədin sürücünün göstərdiyi xidmətin keyfiyyətinə aidiyyatı yoxdur. Qurumun sözçüsü deyir ki, sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri də mütləq hər gün reysqabağı tibbi müayinədən keçməlidirlər. Bundan əlavə, onların Bakı şəhəri üzrə fərqlənmə nişanı aldığı halda rayonlararası fəaliyyət göstərməsi düzgün deyil. N.Allahverdiyevanın sözlərinə görə, Masallıda 8 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törədən sürücü ancaq Bakı şəhəri üzrə taksi xidməti göstərməsi üçün icazə alıb. Amma buna baxmayaraq, əməlli-başlı mikroavtobus xidməti göstərib. Oturacaqların sayını artırıb. Qurumun sözçüsü bildirir ki, rayonlararası taksi xidməti göstərən sürücülərin reysqabağı tibbi müayinədən keçməsi, eləcə də texniki müayinənin aparılıb-aparılmadığı DANX əməkdaşları tərəfindən də yoxlanıla bilər.

Банкноты номиналом 5000 рублей - Sputnik Azərbaycan
RUSİYA
İşsiz adamın 4 milyon pulunu götürüb qaçdılar

Deputat Fazil Mustafa isə fərdi avtomobillərini taksi kimi istifadə edənlərin yol qəzası törətməsinin kökündə onların işsizlikdən sürücü kimi fəaliyyət göstərməsinin dayandığını söyləyir. Deputat deyir ki, bu gün taksi xidməti göstərən sürücülərin çoxu müxtəlif ixtisasa sahib, yaxud da heç bir peşəsi olmayan insanlardır. Onlar müxtəlif yollarla sürücülük vəsiqəsi əldə edərək öz avtomobillərini taksi kimi işlətməklə pul qazanırlar: "Bu insanların çoxu həvəskar sürücüdür. Amma işsiz olduqlarından taksi xidməti göstərirlər. Əslində taksi xidməti göstərən şəxslər peşəkar sürücülər olmalıdırlar. Onların çoxu peşəkar sürücü olmadığından, bir tikə çörək qazanmaq üçün taksi xidməti göstərdiklərindən yol qəzaları da tez-tez baş verir. Çoxu evə çörək aparmaq üçün gecə yatıb dincəlmədən taksi kimi işləyir. Belə hallar olduğu halda, yol qəzalarının da baş verməsi qaçılmazdır".

Deputat ona görə də taksi xidməti göstərən şəxslərin məşğulluğunun təmin olunması istiqamətində iş aparılmalı olduğunu söyləyir: "Belə insanlara iş vermək lazımdır ki, hamı kütləvi şəkildə taksi xidməti göstərməsin. Əgər peşələrinə uyğun iş tapsalar, bu qəzalar da baş verməz".

Xəbər lenti
0