CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sığorta bazarına yeni qiymət gəlir – Kimin udacağı, kimin uduzacağı bilinmir

© Sputnik / Anar MustafayevДоговор страхования и калькулятор
Договор страхования и калькулятор - Sputnik Azərbaycan
Abunə olmaq
"Kifayət qədər avtomobillərin, yığımların olmasına baxmayaraq 35 manat qarşılığında sığorta şirkətinin 55 min manatlıq öhdəçiliyi absurddur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Rəşad Əhmədov avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddinin artırıla biləcəyini deyib: "İSB-nin və Maliyyə Bazarlarına Nəzarət Palatasının informasiya sistemində olan məlumatlar cəmləşdirilir və aktuari heyəti tərəfindən qiymətləndirmə aparılır. Hesabat hazırlanaraq Palataya təqdim olunacaq. Ödənişin maksimal həddi aktualdır, çünki son dəyişiklikdən 8 il keçib".

Sürücü sükan arxasında - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sürücülərə müjdə: icbari sığorta ödənişinin maksimal həddi arta bilər

Sığorta eksperti Nicat Əlibəyli avtomobillərin icbari sığortası ilə bağlı ödənişin maksimal həddinin artırılması və sığorta haqqı məsələsini Sputnik Azərbaycan-a şərh edib.

Sığorta mütəxəssisi bildirib ki, hazırda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddi 5 min manatdır: "Təəssüf ki, bu gün kifayət qədər avtomobil qəzası baş verir və bunun əksəriyyəti zəncirvari qəzalarla müşahidə olunur, bir avtomobil bir neçə avtomobilə zərər yetirir. Belə hallarda da zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddinin 5 min manat olması kifayət etmir. Bir avtomobil 3-4 avtomobilə zərər yetirəndə ümumi zərərin sayı 10 min manatadək gəlib çıxır. Lakin sığorta şirkəti ödənişin maksimal həddi olan 5 min manatı 3-4 zərərçəkən avtomobilə görə bölür və bu da çox az bir məbləğ edir. 5 min manat limit azlıq təşkil edir. Ona görə də Azərbaycanda avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun maksimal həddinin artırılması üçün əsas var".

O bildirib ki, əmlaka dəyən zərər görə sığorta pulu 5 min manatdır, sağlamlığa dəyən zərər görə isə sığorta pulu 50 min manatdır: "Ümumilikdə bir icbari sığorta müqaviləsinə əsasən, sığorta şirkəti bir hadisəyə görə, 55 min manat öhdəçilik daşıyır. Bunun 50 min manatı sağlamlığa dəyən zərərə görə, 5 min manatı isə əmlaka dəyən zərər görə nəzərdə tutulub. Mühərrikin həcmi 1500 sm3-ədək olan avtomobilin standart sığorta haqqı 50 manatdır. Vətəndaş 50 manat ödəyir və sığorta şirkətini 55 min manatlıq öhdəçiliyə vadar edir. Hazırda belə bir vəziyyətdir".

Ekspert qeyd edib ki, limitin artırılması böyük ehtimalla sığorta haqlarına da təsir edəcək: "Məsələn, hazırda mühərrikin həcmi 1500 sm3-ədək olan avtomobilin standart sığorta haqqı fiziki şəxslər üçün 50 manatdır. Qarşı tərəfdə isə əmlaka görə öhdəçilik 5 min manatdır. Avtomobillərin icbari sığortası ilə bağlı zərərçəkmişlərə ödənilən sığorta pulunun limiti artırılarsa, sığorta haqqında da artım olması ehtimalı var. Bu, il ərzində 1 dəfə ödənilən sığorta haqqıdır. Avtomobilin minimum standart sığorta haqqı fiziki şəxslər üçün 50 manat, hüquqi şəxslər üçün isə maksimum 300 manatdır. Yəni bu sistem ən çox 300 manat sığorta haqqı ödəməklə sığorta şirkətini 55 min manat öhdəçiliyə vadar edir. 5 min manatlıq limit artırılsa, sığorta haqqında da artım ola bilər".

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Həkim icbari tibbi sığorta barədə: əhalinin bütün təbəqlərini əhatə etməlidir

Onun sözlərinə görə, İcbari Sığorta Bürosunun bonus-malus sisteminə görə, vətəndaşlar il ərzində hadisə törətmədikdə sığorta haqları aşağı düşür, 35 faizədək endirim müşahidə olunur: "Lakin təminat olduğu kimi qalıb. Yəni avtomobilə görə, sığorta şirkətinə 50 manat sığorta haqqı ödəyən şəxs 35 manat da ödəyə bilər. Amma yenə də sığorta şirkətinin öhdəçiliyi 55 min manat kimi qalır. Kifayət qədər avtomobillərin, yığımların olmasına baxmayaraq 35 manat qarşılığında 55 min manatlıq öhdəçilik absurddur. Həm limit, həm də sığorta haqqı artmalıdır".

Qeyd edək ki, İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov onu da əlavə edib ki, avtomobil qəzası nəticəsində dəyən zərərin məbləği orta hesabla 1100-1200 manatdır: "Lakin yüzlərlə sığorta hadisəsi var ki, dəyən zərərin məbləği 5 min manatdan çoxdur. Aktuarilərin təklifləri hazır olacaq, ortaya çıxan rəqəmlərə uyğun addımlar atılacaq. Söhbət sığorta təminatı ilə yanaşı, sığorta tariflərindən də gedir".

Xəbər lenti
0