Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Həsənağa Turabovun yadigarı evsiz qalıb

© Photo : REPORTYUĞ Dövlət Teatrının binası. Arxiv şəkli
YUĞ Dövlət Teatrının binası. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Teatrda hal-hazırda tamaşalar dayansa da, məşqlər davam edir

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 8 iyul — Sputnik. YUĞ teatrının üç ildir ki, binası yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, 2016-cı ildən binasız qalan teatr müvəqqəti olaraq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında məskunlaşıb. Teatrın baş rejissoru Mehriban Ələkbərzadə məsələ ilə bağlı sualımıza: "Hələ ki düşünürlər. Ümid edirik ki, Mədəniyyət naziri Əbülfəs Qarayev bizi yeni mövsüm sevindirəcək. Hər halda ümid sonuncu ölür", – deyə cavab verib.

Opera və Balet Teatrı - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatrlarımızın "sezon finalı” – Kim və necə

Teatrın geridə qalan mövsümü uğurla başa vurduğunu söyləyən Mehriban xanım bildirdi ki, bu il YUĞ teatrı iki yeni tamaşa ilə teatrsevərlərin görüşünə gəlib. Bunlardan biri Orxan Pamukun "Mənim adım qırmızı" əsəri əsasında "Mən ağacam" tamaşası olub.

"Tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev idi. İkinci tamaşa isə Gümrah Ömərin quruluşunda, İbsenin "Vahimə" əsəri əsasında hazırlanan "Vəsvəsə" tamaşası idi. Teatrda hal-hazırda tamaşalar dayansa da, məşqlər davam edir. Biz bolqarıstanlı rejissor Xristo Stoiçevi dəvət etmişik. Əcnəbi rejissor teatrımızda Şekspirin "3-cü Riçard" tamaşasını hazırlayır", - deyə rejissor gələn mövsümün anonsunu verib.

Qeyd edək ki, Azərbaycan Dövlət Yuğ Teatrının əsası 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulmuşdur. Hazırda teatrın direktoru Əməkdar Mədəniyyət İşçisi İslam Həsənovdur.

Xəbər lenti
0