Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Teatrlarımızın "sezon finalı” – Kim və necə

Abunə olmaq
Akademik Milli Dram Teatrı cari mövsümü "Qarabağnamə" ilə başa vuracaq

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 20 iyun — Sputnik. 2018-2019-cu il teatr mövsümü başa çatır. Sputnik Azərbaycan paytaxtda fəaliyyət göstərən bir sıra teatrlarla əlaqə saxlayıb mövsümü hansı tamaşa ilə pərdələrini bağlayacaqlarını öyrənib.

Ənənəsinə sadiq qalan Akademik Milli Dram Teatrı cari mövsümü Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan, rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov olan "Qarabağnamə" ilə başa vuracaq. Tamaşa 15 iyul 19:00-da oynanılacaq.

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Teatr və konsert müəssisələri işçilərinin maaşları artırıldı

Azərbaycan Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən verilən məlumata görə, teatrın yaradıcı heyəti 110-cu mövsümü Fikrət Əmirovun "Min bir gecə" baleti ilə bağlayacaq. Qeyd edək ki, 26 iyun 19:00-da baş tutacaq tamaşa artıq 40 ildir ki, səhnədədir.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı isə Lars Nurenin "Mən gəldim qızlar" (Müharibə) tamaşası ilə sağollaşmağı planlaşdırır. Teatr özünün 91-ci mövsümünə iyulun 7-si 19:00-da yekun vuracaq.

Azərbaycan Dövlət Musiqili Teatrındasa 109-cu mövsüm yekunlaşmaq üzrədir. Mövsümün son səhnə əsəri Üzeyir Hacıbəyovun "Arşın mal alan" tamaşası olacaq. 14 iyul saat 19:00-da oynanılacaq tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.

Abdulla Şaiq adına Kukla Teatrı son olaraq Qurban Məsimovun quruluşunda türk xalq nağılı "Kəloğlan" tamaşasını nümayiş etdirəcək. Tamaşa 14 iyul 12:00, 14:00-da baş tutacaq.

Gəncə Dövlət Dram Teatrı 12 iyul 2019-cu il tarixində H. Cavidin "İblis" pyesi əsasında hazırladığı "İblis nədir?" tamaşası ilə mövsümü bağlayacaq. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru İradə Gözəlovadır.

Xəbər lenti
0