Kamal Almuradlı, Sputnik Azərbaycan
BAKI, 8 iyul — Sputnik. Rumıniya Superkubokunun qalibi müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, Buxarestdə keçirilən həlledici qarşılaşmada ötən mövsümün çempionu "ÇFR Kluj" ilə ölkə kubokunun qalibi "Vitorul" üz-üzə gəlib.
Andrey Arteanın vurduğu top Georgi Hacının baş məşqçisi olduğu "Vitorul"a qələbə qazandırıb – 1:0.
Bununla da, "Vitorul" tarixində ilk dəfə Rumıniya Superkubokunun qalibi olub.
Qeyd edək, Karpat Maradonası adını almış Hacı 2014-cü ildən "Vitorul" klubuna baş məşqçilik edir.
Klub 2016/2017-ci illər futbol mövsümündə ilk dəfə ölkə çempionu olmağı bacarıb. Georgi Hacı baş məşqçi olmaqla yanaşı, həm də sözügedən klubun sahibidir.