Ərdoğan anons etdi: "S-400-lər yüklənir, təyyarə ilə gətiriləcək"

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidЗенитно-ракетный комплекс С-400, фото из архива
Зенитно-ракетный комплекс С-400, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan "S-400" raket komplekslərini alsa, ABŞ istehsalı olan "F-35"ləri ala bilməyəcək

BAKI, 8 iyul — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan alınan "S-400" zenit raket komplekslərinin bu ölkəyə gətirilməsi üçün yükləmə prosesinin davam etdiyini bildirib. Sputnik Azərbaycan "Milliyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Bosniya və Herseqovina səfəri öncəsi jurnalistlər açıqlamasında bildirib.

"Hazırda komplekslərin yükləmə prosesi gedir. "S-400"lər təyyarə ilə ölkəmizə gətiriləcək. Bizim Rusiya tərəfi ilə razılaşdığımız tarixlər var. Lakin bu tarixləri açıqlamağa məni məcbur etməyin. Bu düzgün deyil. Sistemlərin Türkiyənin hansı bölgəsində yerləşdirilməsi ilə bağlı Türkiyə Müdafiə Nazirliyi və Baş Qərargahı plan hazırlayır. Ölkəmiz, bölgəmiz və dünyamız üçün xeyirli olsun", - deyə Ərdoğan qeyd edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Ərdoğan: Reyhanlı partlayışı terror aktı ola bilər

Qeyd edək ki, daha əvvəl Pentaqon dəfələrlə bəyan edib ki, əgər Türkiyə Rusiya istehsalı olan "S-400" raket komplekslərini alsa, ABŞ istehsalı olan "F-35"ləri ala bilməyəcək.

Xatırladaq ki, iyunun 28-də Birləşmiş Ştatlar Senatı 5-ci nəsil "F-35" qırıcı təyyarələrinin Türkiyəyə tədarükünün qadağan olunmasına dair qərar qəbul edib. Bu barədə Senatın 2020-ci il üçün təsdiqlədiyi müdafiə büdcə layihəsində qeyd olunur.

Məlumatda qeyd edilir ki, büdcə layihəsinin 1236-cı bəndində "F-35"lərin Türkiyəyə tədarükünün məhdudlaşdırılması göstərilir.

Bundan əlavə, qanun layihəsində "F-35" təyyarələrinin texniki xidməti ilə bağlı olan avadanlıqların, intellektual mülkiyyət və texniki məlumatların Türkiyə Respublikası ərazisinə ötürülməsi də qadağan edilir.

Eyni zamanda, Rusiyadan "S-400" zenit-raket komplekslərinin Türkiyəyə çatdırılmasının yolverilməz olduğu qeyd olunur.

Xatırladaq ki, iyunun 11-də ABŞ-ın Arizona ştatının "Lyuk" hərbi bazasında "F-35" tipli qırıcı-bombardmanlarında təlim keçən türk pilotlar təlimlərdən uzaqlaşdırılıblar. Bu qərar Türkiyənin Rusiyadan "S-400" zenit-raket kompleksləri almasından sonra Vaşinqtonla aparılan danışıqlar fonunda verilib.

"Nazirliyə məlumdur ki, türk pilotlar... uçuşlar həyata keçirmirlər", - deyə Pentaqonun rəsmi təmsilçisi Mayk Endryus bildirib.

Президент США Дональд Трамп во время двусторонней встречи с президентом Турции Тайипом Эрдоганом во время саммита лидеров G20 в Осаке, Япония - Sputnik Azərbaycan
Ağ Evdən Ərdoğan-Tramp görüşünə dair açıqlama verilib

"Əgər Türkiyə öz siyasətini dəyişməsə, onda biz onun "F-35" proqramından çıxarılmasıyla bağlı müttəfiqimiz Türkiyə ilə əməkdaşlığımızı sıx şəkildə davam etdirəcəyik", - Endryus vurğulayıb.

Qeyd edək ki, iyunun 8-də Birləşmiş Ştatlar və Türkiyə arasında Rusiya istehsalı olan "S-400" zenit-raket kompleksləri ilə bağlı gərginlik pik nöqtəsinə çatıb.

Pentaqon rəhbəri Patrik Şanahan (Patrick Shanahan) "F-35" tipli yeni nəsil qırıcılarla bağlı Türkiyə Müdafiə naziri Hulusi Akara məktub göndərib. Bununla da, ABŞ Türkiyənin "F-35" qırıcıları proqramından çıxarılması yolunda ilk addımı atıb. Belə ki, Pentaqon rəhbəri Hulusi Akara yazdığı məktubda "F-35" tipli qırıcılarda təlim keçən türk pilotların 31 iyula qədər proqramdan ayrılacaqlarını və proqram çərçivəsində yeni təlim keçilməyəcəyini qeyd edib.

Məktubda, həmçinin qeyd olunur ki, Türkiyənin Rusiyadan "S-400" müdafiə sistemi almaqdan imtina etməməsi halında Türkiyənin "F-35" proqramından çıxarılmasına istiqamətlənəcək başqa addımların atılacağı da qeyd olunub.

Xəbər lenti
0