Ərdoğan: Reyhanlı partlayışı terror aktı ola bilər

© Sputnik / Aleksey Filippov / Mediabanka keçidTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Həlak olan şəxslərin partlayış zamanı avtomobildə olduğu bildirilir

BAKI, 5 iyul — Sputnik. Türkiyənin Reyhanlı şəhərində (Hatay əyaləti) baş vermiş avtomobil partlayışı nəticəsində ən azı üç nəfər həyatını itirib.

Liviyanı tərk etməyə hazır olan miqrantlar - Sputnik Azərbaycan
Türkiyənin başı dərddə: Ankaranı Qəddafi torpağında müharibəyə kim sürükləyir

Sputnik Azərbaycan Anadolu Agentliyinə istinadən xəbər verir ki, hadisə ilə bağlı açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan partlayışın terrorizmlə əlaqəli olması ehtimalını səsləndirib.

"Maşında bombanın olduğu bəllidir. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, onun partlaması nəticəsində üç nəfər ölüb", - Ərdoğan deyib.

Həlak olan şəxslərin partlayış zamanı avtomobildə olduğu bildirilir.

Hadisə yerinə polis və təcili yardım maşınları göndərilib.

 

Xəbər lenti
0