BAKI, 8 iyul — Sputnik. Səbaildə əcnəbi vətəndaşın iyulun 5-də yaşadığı hosteldə 400 manat və 400 ABŞ dolları pulu oğurlanıb.
Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, əcnəbi vətəndaş Səbail Rayon Polis idarəsinə müraciət edib. Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.Rüstəmov 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.