On adam bir maşına mindi, yarısı öldü

© Photo : REPORTBakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib
Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib - Sputnik Azərbaycan
Abunə olmaq
1988-ci il təvəllüdlü sürücü sükan arxasına sərxoş halda əyləşibmiş

BAKI, 7 iyul — Sputnik. Belarus Respublikasının Brest vilayətində Mercedes GL markalı avtomobil meliorasiya kanalına düşüb, beş nəfər həlak olub.

Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən bildirir ki, bu barədə məlumatı respublikanın DİN mətbuat katibi Olqa Çemodanova Telegram-kanalında yayıb.

Yol kənarına aşmış maşın - Sputnik Azərbaycan
HADİSƏ
"Duzlu göl" yaxınlığında qəza, Avtomobil yoldan çıxaraq aşdı

Onun sözlərinə görə, avtomobildə 10 nəfər varmış. Bunlardan 5-i kişi, 2-si qadın və 3-ü uşaqmış. Qəzada bir kişi, bir qadın və uşaqların hamısı həlak olublar. Bunlardan dördü yerindəcə keçinib, beşinci qurbanın - qızcığazın cansız bədənini isə xeyli sonra tapıblar.

Avtomobildəki şəxslərin vətəndaşlığı barədə məlumat verilmir.

Hadisə yerində dövlət avtomobil müfəttişliyinin əməkdaşları və xilasedicilər işləyirlər, müstəntiqlərin gəlişi gözlənilir. 1988-ci il təvəllüdlü sürücü sükan arxasına sərxoş halda əyləşibmiş. Çemodanovanın sözlərinə görə, o, 10 il əvvəl nəqliyyat vasitəsini sərxoş halda idarə etdiyinə görə sürücülük vəsiqəsindən məhrum edilibmiş.

Xəbər lenti
0