İndoneziyada güclü zəlzələ olub

© REUTERS / WILLY KURNIAWANİndoneziyada zəlzələ
İndoneziyada zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Zəlzələ ocağı yerin 36 km dərinliyində qeydə alınıb

BAKI, 7 iyul — Sputnik. İndoneziya sahillərində 7 bala yaxın maqnitudalı zəlzələ olub.

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bu barədə İndoneziyanın Milli Meteorologiya, İqlimşünaslıq və Geofizika İdarəsi məlumat yayıb.

Los Anceles şəhəri - Sputnik Azərbaycan
Dünyanın ən təhlükəli bölgəsində iki güclü zəlzələ, dağıntılar var

Seysmoloqların məlumatına görə, zəlzələ ocağı yerin 36 km dərinliyində qeydə alınıb.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasının 6.9 bal olduğunu bildirib.

Zəlzələ yerli vaxtla 15:08-də baş verib. Yeraltı təkanların episentri Ternate şəhərindən 129 km cənub-qərbdə yerləşir.

Sunami xəbərdarlığı edilməyib.

Ötən ay regionda xeyli zəlzələ olub. Bunlardan ən güclüsü - 7.3 bal gücündə - İndoneziya adaları yaxınlığında, Banda dənizində qeydə alınıb. Təkanların ocağının dərinliyi 208.3 km olub.

Mümkün qurbanlar və dağıntılar barədə məlumat verilmir.

Xəbər lenti
0