BAKI, 6 iyul — Sputnik. Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 3 saylı İstintaq təcridxanasına qadağan olunmuş əşyaların keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, Cinayət Məcəlləsinin 28; 317.3; 317.2.1; 66.3; 67.1; 120.2.1; 120.2.11; 180.1; 234.1; 66.2 və 67.1-ci maddələrinə əsasən 1 il 5 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 3 saylı İstintaq təcridxanasında cəza çəkən məhkum Mikayılov Cəlil Tahir oğlu ilə qısamüddətli görüşə gəlmiş atası Sumqayıt şəhər sakini Mikayılov Tahir Cəlil oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman ayaqqabısının içərisində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,323 qram olan narkotik vasitə - tiryək aşkar edilib.
Bundan başqa, Cinayət Məcəlləsinin 206.4; 234.4.1; 234.4.2; 234.4.3; 240.3.1 və 240.3.2-ci maddələrinə əsasən həbs edilmiş və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Kərimov Elçin Əhmədağa oğlu ilə görüşə gəlmiş oğlu Bakı şəhər sakini Kərimov Adnan Elçin oğlunun üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan “Slavyanka” yazılı şəffaf plastmas qabın içərisindəki mayeyə qarışdırılmış 0,495 qram psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.
Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 181.2.1; 181.2.4; 181.2.5 və 228.4-cü maddələrinə əsasən həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əhmədov Zaur Habil oğlu ilə görüşə gəlmiş anası Bakı şəhər sakini Xuduyeva Ülkər İmanverdi qızının üzərinə və əşyalarına baxış keçirilən zaman sovqatda olan şəffaf plastmas qabın içərisindəki mürəbbənin içərisində gizlədilmiş bükülüdə 1,077 qram narkotik maddə - heroin aşkar olunub.
Hər üç faktla bağlı araşdırma aparılır.