Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 3 aprel - Sputnik. Astara Rayon Polis Şöbəsinin əməkdaşları 1 kiloqram 650 qram narkotik vasitə olan heroini qanunsuz dövriyyədən çıxarıblar. Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN-in Lənkəran Regonal Qrupundan əldə etdiyi məlumata əsasən, Astara RPŞ-nin əməkdaşlarının rayonun Pensər kəndi ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Aynur Şükürov 770 qram narkotik vasitə olan heroini satarkən cinayət başında saxlanılıb və üzərindən bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Şükürovun narkotik vasitəni Astra rayon sakini kamran Novruzovdan əldə etdiyi müəyyənləşdirilib. K.Novruzov Astara RPŞ-nin əməkdaşları tərəfində Bakı şəhəri Balaxanı qəsəbəsində kirayə qaldığı evdə saxlanılıb. Onun üzərindən və kirayə qaldığı evdən iki bükümdə, ümumilikdə 420 narkotik vasitə olan heroin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq K.Novruzovun Astara rayonu Telman kəndində yerləşən fərdi yaşayış evindən isə 460 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.