CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gözü kor sevgilərin taleyi qaranlıq bəhrələri - azalmağa ümid var

CC0 / Stock Snap / CoupleМолодая пара
Молодая пара - Sputnik Azərbaycan
Abunə olmaq
"Cütlüklər ikinci övladın dünyaya gəlməsini planlaşdırarkən də könüllü surətdə müayinələrə gəlirlər", - Zöhrə Əlimirzəyeva

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 3 iyul — Sputnik. Hər bir normal insan istəyər ki, sağlam övlad dünyaya gətirsin. Müəyyən vaxt arzu reallığı üstələyir, xəstə övlad doğulanda isə çarədən çox, günahkar axtarışı başlayır. Müxtəlif infeksion, irsi və ya qan xəstəlikləri isə nə arzuya, nə sevgiyə, nə də qohumluğa baxır.

Девушка с детьми - Sputnik Azərbaycan
CƏMİYYƏT
Evi olmayanlar və subaylar üçün övladlığa uşaq götürməklə bağlı qadağa

Mütəmadi olaraq yoxlanışdan keçənlər barədə statistikayla rastlaşırıq: məsələn, təkcə bu ilin iyun ayında 13063 nəfər müayinədən keçib. Onların 213-də talassemiya daşıyıcılığı, 12-də sifilis, 12-də HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayı 2 olub.

B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında yeni ailə həyatı qurmağa hazırlaşan cütlüklərə tövsiyə verib. O bildirib ki, nikahaqədər müayinələrin aparılmasında əsas məqsədlərdən biri də xəstə körpələrin doğulmasının qarşısını almaqdır:

"Bir çox ölkələrdə hər ikisində talassemiya daşıyıcılığı aşkarlanan cütlüklər ailə həyatı qurmaqdan imtina edirlər. Azərbaycanda isə belə cütlüklər ailə qurmaqdan imtina etmədikləri halda onlara tibbi genetik konsultasiya təyin olunur, hamiləliyin 13-18-ci həftələrində prenatal müayinə aparılır və dölyanı maye yoxlanılır. Dölün xəstə olduğu təsdiqlənərsə, o zaman abort yolu ilə döl xaric edilir".

"Nikahaqədər müayinələr icbari olsa da, sonrakı prosedurlar könüllü şəkildə həyata keçirilir. Qeyd edim ki, aparılan müayinələr zamanı bu günədək 210 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb. Həmin cütlüklər ikinci övladın dünyaya gəlməsini planlaşdırarkən də könüllü sürətdə müayinələrə gəlirlər. Bu kimi addımların nəticəsidir ki, öncələr nikahlardan 200 xəstə uşaq doğulurdusa, hazırda bu rəqəmlər 100-dən də aşağı düşüb. Hətta elə ailələr var ki, proqramdan əvvəl ailə həyatı qurublar və ikinci övlad planlamaq üçün onlar da bizə müraciət edirlər", - deyə Z.Əlimirzəyeva əlavə edib.

Дети играют в подвижные игры, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Uşaqların yay "ezamiyyəti" - kimisi pulsuz, kimisi güzəştlə

Həmsöhbətimiz bildirib ki, xəstə uşaqların doğulmaması üçün müəyyən profilaktik tədbirlər görülür: "Biz aparılan bütün müayinələrlə bağlı məlumatları mühafizə edirik. Lakin daha sonra yazılı razılıq əsasında cütlüklər bir-birinə bu haqda məlumat verirlər. Bir şəxsdə xəstəlik daşıyıcılığının aşkarlanması ailənin digər üzvləri üçün bir siqnal rolunu oynayır. O səbəbdən də, bu proqramın maarifləndirici əhəmiyyəti böyükdür".

Z.Əlimirzəyeva vurğulayıb ki, talassemiya daşıyıcısı olan cütlüklərin arasında qohum olmayanlar da var: "Talassemiya daşıyıcısı olan iki şəxs ailə həyatı quranda doğulacaq körpənin xəstə olma riski yaranır. Bu risk 25 faizə bərabər olur. Bu cütlüklərdən biri daşıyıcı, digəri sağlamdırsa, o zaman heç bir problem olmur. Sadəcə olaraq daşıyıcı və sağlam uşaq doğulur".

İnstitut rəhbəri infeksion xəstəliklərə yoluxmamaq üçün cinsi əlaqədən qorunmaya əməl edilməsinin, sağlam həyat tərzi yaşamağın vacibliyini vurğulayıb: "Sağlam həyat tərzi üçün müayinələrin zamanında aparılması vacibdir. Yalnız bu yolla bu cür xəstəliklərin yayılmasının qarşısını almaq mümkündür".

Xatırladaq ki, əhali fondunun sağlamlaşdırılması məqsədilə 2015-ci ildən etibarən ölkəmizdə nikahaqədər müayinələr icbari formada həyata keçirilir.

Медсестра делает прививку ребенку в детской поликлинике - Sputnik Azərbaycan
SƏHİYYƏ
Bakıda uşaqlar arasında qəribə xəstəlik yayılıb – Diqqətli olun!
 2019-cu ilin 6 ayı ərzində müayinədən keçənlərin sayı 68350 olub, onların 1613-də talassemiya daşıyıcılığıı, 67-də sifilis, 64-də HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayı 23 olub.

Ötənilki rəqəmlərlə müqayisə edəndə indi müsbət tendensiya nəzərə çarpır: keçən ilin cari dövründə müayinədən keçən şəxslərin sayı 66384 olub. Bunlardan 1923-də talassemiya daşıyıcılığı, 146-da sifilis, 69-da HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayı 28 olub.

Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq B.Ə.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutu Talassemiyanın profilaktikası laboratoriyasından bildirilib ki, 2015-ci ildə aparılan müayinələrin ümumi sayı 84600 olub. Onlardan 5534-də talassemiya daşıyıcılığı, 239-da sifilis, 54-də HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı isə 48 olub. 2016-cı ildə ümumilikdə 143694 nəfər müayinə keçib, 4649 talassemiya daşıyıcılığı, 645 sifilis, 109 HİV1/2 (QİÇS) yoluxması aşkarlanıb. Hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayı 42 olub. Göründüyü kimi, artıq nikahaqədər müayinələrin təşkil edildiyi birinci illə müqayisədə rəqəmlərdə gözəçarpacaq dərəcədə azalmalar qeydə alınıb.

Города мира. Дубай - Sputnik Azərbaycan
Dubay şeyxinin həyat yoldaşı pullarla ölkədən qaçdı, beynəlxalq qalmaqal yarandı

Laboratoriyanın məlumatına görə, 2017-ci ildə 135990 nəfər müayinə olunub, onlardan 3891-də talassemiya daşıyıcılığı, 449-da sifilis, 119-da HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı isə 41 olub.

Ötən il ümumi müayinələrin sayı 135529 olub. Müayinədən keçənlərin 4161-də talassemiya daşıyıcılığı, 395-də sifilis, 173-də HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı ötən il artaraq 58 təşkil edib.

Qeyd edək ki, ümumilikdə bu günədək aparılan müayinələrin sayı 555100 olub ki, onların 19635-də talassemiya daşıyıcılığı, 1789-da sifilis, 500-də HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq olan cütlüklərin sayı isə bu günədək 210 olub.

Xəbər lenti
0