Dubay şeyxinin həyat yoldaşı pullarla ölkədən qaçdı, beynəlxalq qalmaqal yarandı

© Sputnik / Владимир Вяткин / Mediabanka keçidГорода мира. Дубай
Города мира. Дубай - Sputnik Azərbaycan
Abunə olmaq
Qadının 11 yaşlı qızı və yeddi yaşlı oğlu ilə birlikdə BƏƏ-dən Almaniyaya qaçdığı, orada sığınacaq istədiyi və boşanma üçün sənədlərini təqdim etdiyi bildirilir

BAKI, 29 iyun — Sputnik. Britaniyanın "Sun" qəzeti xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktumun həyat yoldaşı böyük məbləğdə pul vəsaiti ilə ölkədən qaçıb.

Bildirilir ki, şahzadə Haya bint Əl Hüseyn bu ilin fevralından etibarən ictimaiyyət arasında görünməyib. Onun 11 yaşlı qızı və yeddi yaşlı oğlu ilə birlikdə BƏƏ-dən Almaniyaya qaçdığı, orada sığınacaq istədiyi və boşanma üçün sənədlərini təqdim etdiyi bildirilir.

Məlumata əsasən, şahzadə özü ilə 31 milyon funt sterlinq (təxminən 39 milyon dollar) götürüb.

"Sun" xəbər verir ki, Haya bint Əl Hüseynin bu hərəkəti BƏƏ və Almaniya arasında diplomatik böhranın yaranmasına da səbəb olub.

Bir sıra məlumatlara görə, BƏƏ baş naziri Berlinə müraciət edərək həyat yoldaşının və uşaqlarının ona təhvil verilməsini istəyib, lakin etiraz cavabı alıb.

Xəbər lenti
0