CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Toy ləğv olunur? - 24 gənc ağır xəbər aldı

CC0 / ID 849356 / RingNişan üzükləri
Nişan üzükləri - Sputnik Azərbaycan
Abunə olmaq
Nikaha daxil olmağa hazırlaşan cütlüklərin bir qismində xəstəliklər aşkarlanıb

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Ötən ay nikaha daxil olmağa hazırlaşan 13 min 63 şəxs müayinədən keçib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuzilogiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Sputnik Azərbaycan-a açıqlamasında müayinədən keçən şəxslərdə xəstəliklərin aşkarlanmasından danışıb: 

Города мира. Дубай - Sputnik Azərbaycan
Dubay şeyxinin həyat yoldaşı pullarla ölkədən qaçdı, beynəlxalq qalmaqal yarandı
"Bu ilin iyun ayında 13 min 63 nəfər müayinədən keçib. Onların 213-də talassemiya daşıyıcılığı, 12-də sifilis, 12-də HİV1/2 (QİÇS) aşkarlanıb. Hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayı isə 2 olub".

Xatırladaq ki, bu ilin may ayı ərzində nikaha daxil olmaq istəyən 13 min 62 nəfər müayinədən keçib ki, onların 382-də talassemiya daşıyıcılığı, 12-də sifilis, 4-də isə QİÇS aşkarlanmışdı. Hər ikisi talassemiya daşıyıcısı olan cütlüklərin sayı isə 4 olmuşdu.

Göründüyü kimi, daha öncəki ayın hesabatı ilə müqayisədə talassemiya daşıyıcısı, hər ikisində daşıyıcılıq aşkarlanan cütlüklərin sayında azalma, lakin HİV1/2 (QİÇS) aşkarlanan şəxslərin sayında isə artım qeydə alınıb.

Xəbər lenti
0