CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı Baş Polis İdarəsi “ərəb əxlaqsızlığı” ilə bağlı açıqlama yaydı

CC0 / Juni / ArabАрабский турист у моря
Арабский турист у моря - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə gün öncə sosial şəbəkələrdə ərəb turistlərin Bakının mərkəzində əxlaqsızlıqla məşğul olduqlarını əks etdirən video görüntü yayılmışdı

BAKI, 4 iyul — Sputnik. "Sosial şəbəkələrdə və mətbuatda ərəb turistlərin yerli qadınlarla ödəniş müqabilində intim münasibət qurmaq üçün açıq sövdələşmələrə girməsi haqda yayılan məlumatlarla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır".

Bu barədə Sputnik Azərbaycan-a açıqlmasında Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Tatu etdirmək üçün ən ideal vaxt soyuq aylardır - Sputnik Azərbaycan
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb

Onun sözlərinə görə, ərazidə ictimai qaydanın, paytaxt sakinlərini və turistləri narahat edən, yaxud sosial şəbəkələrdə tirajlanan iddialarla bağlı məsələlər diqqətdə saxlanılır.

"İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquq-pozmalara qarşı əməliyyat-profilaktik, profilaktik-maarifləndimə tədbirləri tərəfimizdən davam etdirilir" – Hacıyev vurğulayıb.

Mətbuat xidmətinin rəisi əlavə edib ki, bu günədək həmin ərazidən polisə şikayət daxil olmadığı üçün fahişəlik, insan alveri ilə bağlı saxlanılan olmayıb: "Ərazi fasiləsiz nəzarətdədir və polis əməkdaşları həmin ərazilərdə xidmət aparır. Polis qanunverciliyə uyğun olaraq inzibati tədbirlər həyata keçirir".

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə ərəb turistlərin Bakının mərkəzində əxlaqsızlıqla məşğul olduqlarını əks etdirən video görüntü yayılmışdı.

Xəbər lenti
0