CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb

© Sputnik / Zulfiyya GuluyevaTatu etdirmək üçün ən ideal vaxt soyuq aylardır
Tatu etdirmək üçün ən ideal vaxt soyuq aylardır - Sputnik Azərbaycan
Abunə olmaq
Qadınlar göbək, kürək, omba üstü, qasıq nahiyəsi kimi intim yerlərə tatu döydürürlər

Sputnik Azərbaycan, Zülfiyyə Quluyeva

BAKI, 17 iyun — Sputnik. 

- Salam. Sabaha tatu üçün ustanın növbəsinə yazılmaq istəyirdim.

- Salam xanım. Tatu ustasının nəinki sabaha, ümumiyyətlə bu ayın sonuna qədər müştəri qəbul etməyə vaxtı yoxdur. Siz ancaq gələn ay üçün yazıla bilərsiniz.

Tatu salonlarına etdiyimiz zənglərin demək olar ki, çoxuna eyni cavab aldıq... "Yer yoxdur", "Amma yenə də əlaqə saxlayın, bəlkə kimsə gəlməsə sizi yazarıq", "Yerlər doludur", "Ustanın üç həftəlik yerləri məşğuldur" və sair...

Tatu ustalarına tələbatın artması isə sən demə çimərlik mövsümünün gəlişi ilə bağlıdır. Apardığımız araşdırma zamanı o da məlum olub ki, tatu ustalarının iş qrafikinin sıx olmasına başqa bir amil də təsir edir. Sən demə, yer sıxlığında ölkəmizə turist axının da rolu var.

© Sputnik / Zulfiyya GuluyevaTatu ustası Şirin Zeynallı
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb - Sputnik Azərbaycan
Tatu ustası Şirin Zeynallı

Sputnik Azərbaycan-nın əməkdaşı tatu salonlarından birində olaraq tatuya tələbatın artmasını elə yerindəcə araşdırıb. Bakıda fəaliyyət göstərən tatu salonlarından birinin ustası Şirin Zeynallı bildirib ki, digər ustalar kimi, havalar isinəndən onun da müştərilərinin sayı artıb. Həmsöhbətimiz də bunun əsasən yay fəsli, çimərlik mövsümü ilə bağlı olduğunu söyləyib: "Ümumiyyətlə son üç ilə yaxındır ki, Bakıda tatu ilə maraqlanan, tatu etdirənlərin sayı artıb. Bizim qənaətimizə görə, bu, Avropadan bu dəbin Azərbaycana da gəlib çatması ilə bağlıdır. İllər öncə tatu ilə bağlı müəyyən stereotiplər vardısa, artıq bu aradan qalxıb".

İxtisasca rəssam olan Şirin Zeynallı artıq üç ildir ki, tatu ustası kimi fəaliyyət göstərdiyini deyir. Onun sözlərinə görə, ölkəmizə Avropadan turist axını da tatunun Azərbaycanda dəbə düşməsini sürətləndirib. Ş. Zeynallı bu gün tatu döydürənlərin çoxunun kişi olduğunu söyləsə də, son illər tatu üçün müraciət edən qadınların da sayının artdığını deyir: "Əvvəllər qadınlar çox az halda tatu üçün müraciət edirdilər. Amma son illər qadınlar da tatu etdirirlər".

© Sputnik / Zulfiyya GuluyevaBakıda tatu ilə maraqlanan, tatu etdirənlərin sayı artıb
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb - Sputnik Azərbaycan
Bakıda tatu ilə maraqlanan, tatu etdirənlərin sayı artıb

Həmsöhbətimiz deyir ki, çimərlik mövsümü insanlara bədənlərinin nümayişi üçün fürsət yaradır. Gənclər isə bu fürsətdən yararlanmaq, çimərlikdə daha cəlbedici görünmək üçün tatu etdirirlər: "İndi qadınlar arasında tatu etdirənlər iki yerə bölünür. Gənc xanımlar daha diqqət çəkən nahiyələrə - göbək, kürək, omba üstü, qasıq nahiyəsi kimi yerə tatu döydürürlər. Gənclər arasında ayağa, buda da tatu etdirənlər var. Orta yaşlı qadınlar isə əsasən çapıqların üstünü örtdürmək üçün tatu etdirirlər. Ümumiyyətlə qeyd edim ki, qadınlar kiçik şəkilli tatuya üstünlük verirlər".

Ş. Zeynallı bildirir ki, çimərlik mövsümü, açıq-saçıq geyinmək imkanı yayda tatuya marağı artırsa da, isti havalarda tatu etdirmək məsləhət deyil: "Tatu etdirmək üçün ən ideal vaxt soyuq aylardır. Çünki tatu etdirərkən bədənin tərləməsi tatunun daha yaxşı alınmasına mane olur. Yayda tatu etdirən nahiyəyə qulluq etmək də çətindir".

© Sputnik / Zulfiyya Guluyevaİllər öncə tatu ilə bağlı müəyyən streotiplər vardısa, artıq bu aradan qalxıb
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb - Sputnik Azərbaycan
İllər öncə tatu ilə bağlı müəyyən streotiplər vardısa, artıq bu aradan qalxıb

Tatu ustasının sözlərinə görə, böyük tatular bir neçə seansa döyülür ki, bu da bir-iki ay vaxt aparır. Həmsöhbətimiz belə tatulara əsasən kişilərin müraciət etdiyini deyir.

Salonda olarkən, tatu döydürən gənclərdən biri ilə də həmsöhbət olduq. 21 yaşlı Əbülfəz Məcidov deyir ki, tatu etdirmək dəb olduğundan gənclər arasında ona maraq artır: "Əvvəllər bizdə tatu etdirənə pis baxırdılar. Çünki döyməni əsasən həbs cəzası çəkənlər, bir də avara həyat tərzi sürənlər etdirirdilər. İndi isə bu fikir keçmişdə qalıb".

Amma bununla belə Ə. Məcidov qızların tatu etdirən oğlanlara ciddi yanaşmadığını söyləyir: "Qızların çoxunun tatu etdirən oğlanlara münasibəti elə də yaxşı deyil. Hələ də belə oğlanları ciddi oğlan hesab etmirlər. Bəzən valideynlər də öz övladlarının tatu döydürməsinə razı olmur".

Bu arada Əbülfəzin qoluna tatu çəkən Şirin xanım söhbətə müdaxilə edərək, 18 yaşı çatmayanlara valideyn razılığı olmadan tatu etmədiyini söyləyir.

© Sputnik / Zulfiyya Guluyevaİxtisasca rəssam olan Şirin Zeynallı artıq üç ildir ki, tatu ustası kimi fəaliyyət göstərir
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb - Sputnik Azərbaycan
İxtisasca rəssam olan Şirin Zeynallı artıq üç ildir ki, tatu ustası kimi fəaliyyət göstərir

Ş. Zeynallı bildirir ki, valideynlərin bu narahatlığı çox vaxt tatunun qorxulu xəstəliklər yayması ilə bağlı olur: "Amma tatu gigiyenik edildikdə, heç vaxt təhlükəli virus yaya bilməz. Sadəcə olaraq tatu edən usta işini məsuliyyətli görməlidir. Tatuda istifadə olunan hər bir şey birdəfəlik olmalıdır. Tatunun iynəsindən tutmuş, boyasına qədər..."

Salonda olarkən turistlərin də tatu ilə maraqlandığının şahidi olduq. Ş. Zeynallı bu gün tatu ustalarının sıx qrafikdə işləməsində elə turistlərin də rolu olduğunu söyləyir. Onun sözlərinə görə, ölkəmizə gələn turistlər Azərbaycandan xatirə üçün qollarına, yaxud müxtəlif nahiyələrə simvolik olaraq kiçik təsvirlər döydürürlər. Bu isə tatu ustalarına tələbatı artırır.

© Sputnik / Zulfiyya GuluyevaTatu döydürənlərin əksəriyyəti kişidir
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb - Sputnik Azərbaycan
Tatu döydürənlərin əksəriyyəti kişidir

Usta tatunun qiymətinin çəkilən şəklin ölçüsü və müxtəlif amillərlə bağlı olduğunu söyləyir.

Digər tatu ustası Yana Yubimenko da tatuya tələbatın artdığını söyləyir. Y. Yubimenka havaların isinməsi ilə yanaşı, Bakıya gələn turistlərin də tatuya maraq göstərdiyini söyləyir. Onun sözlərinə görə, bu isə tatu ustalarına tələbatı daha da artırıb. Həmsöhbətimiz artıq Azərbaycanda da tatunun dəbə mindiyini söyləyir. Onun sözlərinə görə, tatu Avropa ölkələrində hər zaman normal qəbul olunsa da, bizdə yeni-yeni qəbul edilir: "Əvvəllər tatuya əsasən kişilər müraciət edirdi. Amma son illər tatu döyürənlər arasında qadınların sayı da az deyil. Bu da tatu ilə bağlı cəmiyyətdə stereotiplərin tədricən aradan qalxması ilə bağlıdır".

© Sputnik / Zulfiyya GuluyevaTatu ustası peşəkardısa, o, işinin gigiyenik tərəfinə diqqət yetirməlidir
Dəb var, yer isə yoxdur: Çimərlik mövsümü və turist axını tatuya tələbi artırıb - Sputnik Azərbaycan
Tatu ustası peşəkardısa, o, işinin gigiyenik tərəfinə diqqət yetirməlidir

Y. Yubimenko deyir ki, tatu etdirərkən diqqət yetirməli bir sıra məqamlar var: "Əgər tatu ustası peşəkardısa, o, işinin gigiyenik tərəfinə diqqət yetirməlidir. İnsanlar tatu etdirərkən pis xəstəliklərə yoluxmaq istəmirlərsə, təmizliyə diqqət yetirməlidirlər".

Xəbər lenti
0