CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gürcüstanda Azərbaycan dilində dərsliklərin tətbiqi baş tutmadı

© Photo : REPORT / Firi SalimПродажа учебников в Баку, фото из архива
Продажа учебников в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dərsliklər yeni tədris ilinin başlanmasına qədər çap olunaraq bütün məktəblərə paylanacaq

BAKI, 3 iyul — Sputnik. Gürcüstanda azərbaycandilli məktəblərdə yeni dərsliklərin tətbiqi təxirə salınıb.

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.

Мамед Эмин Расулзаде - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rəsulzadənin avropalılar üçün yazdığı kitab dilimizə tərcümə edilib

Qonşu ölkənin gürcü dilli məktəbləri üçün 13 fənn üzrə 34 yeni dərslik 2019-2020-ci tədris ilinə qədər nəşr olunacaq. I-IV və V-VI siniflər üçün nəzərdə tutulan dərsliklər yeni tərtibatda hazırlanıb. Dərsliklər yeni tədris ilinin başlanmasına qədər çap olunaraq bütün məktəblərə paylanacaq.

Həmin dərsliklər 2020-ci ildə milli azlıqların dilinə - Azərbaycan, erməni və rus dillərinə tərcümə olunacaq. Tərcümə olunmuş dərsliklərin qeyri-gürcü dilli məktəblərdə tətbiqinə isə 2020-2021-ci tədris ilində başlanacaq.

Qeyd edək ki, Gürcüstanda qeyri-gürcü dilli məktəblərin I-VI sinifləri üçün yeni milli plana uyğun hazırlanmış dərsliklərin 2019-2020-ci tədris ili üçün nəşr olunacağı nəzərdə tutulurdu.

 

Xəbər lenti
0