CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan rekord vurur, avropalılar üz turşudur: peyvənddən niyə qaçırıq?

© Sputnik / Igor Zarembo / Mediabanka keçidВакцинация школьника против гриппа, фото из архива
Вакцинация школьника против гриппа, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həkimlərimizin uğurları başlarına bəla olub

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 01 iyul — Sputnik. Bu gün bəzi Avropa ölkələrində vaksinə inam azalıb. "The Guardian" dərgisinin məlumatına görə, "Wellcome Global Monitor" tərəfindən Avropanın müxtəlif ölkələrində yaşayan 140 mindən artıq şəxs arasında keçirilən sorğunun nəticəsində bu qənaətə gəlinib. 

Moskva metropoliteninin Solntsevo stansiyası - Sputnik Azərbaycan
Qripə qarşı peyvənd metroda vurulacaq
Açıqlanan hesabata görə, Qərbi Avropa sakinlərinin 59, Şərqi Avropanın isə yalnız 50 faizi vaksinlərin təhlükəsiz olduğunu düşünür. Sorğu nəticəsində Avropanın qərbi və şərqindən fərqli olaraq şimal əhalisinin 73 faizinin vaksinlərin təhlükəsizliyinə inandığı bəlli olub. Onların 84 faizi isə vaksinlərin effektinə inandığını vurğulayıb. Avropanın bir çox ölkələri ilə müqayisədə vaksinə inanmayanların əksəriyyəti Fransada yaşayır.

Bəs Avropadakı bu tendensiya ölkəmizdə necə, müşahidə olunurmu?

Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bu haqda məlumat verib. O bildirib ki, respublika üzrə bütün peyvəndlərin yerinə yetirilmə faizi 95-97-dir: "Bəzi hallarda doğum evlərində ilkin peyvəndlərin yerinə yetirilməsi 99 faiz təşkil edir. Ümumilikdə isə, müəyyən peyvəndlərin yerinə yetirilməsi 98 faizdir".

"Amma bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvənddən imtina halları olub. 

Hər il müxtəlif peyvəndlər üzrə əhalinin təxminən 2-5 faizədək hissəsinin kənarda qalma halı müşahidə edilir. Lakin bütün bunların hamısını imtina ilə əlaqələndirmək olmaz. Çünki müəyyən hallarda müxtəlif səbəblərlə əlaqədar olaraq da peyvənddən kənarda qalma halları müşahidə edilir. Bu da bəzən tibbi əks-göstərişlərlə, yaxud şəxslərin müəyyən vaxtlarda qeydiyyatda olduqları yaşayış ərazilərində olmaması ilə əlaqədardır.

Ümumi olaraq qiymətləndirsək, deyə bilərik ki, peyvənddən imtina rəqəmlərində də artım nəzərə çarpmır", – deyə həmsöhbətimiz əlavə edib.

O bu sahədə görülən böyük işlər haqda da məlumat verib: "Məsələn, 1997-ci ildən etibarən Azərbaycanda poliomielit qeydə alınmır. Bunun da səbəbi vaxtı ilə böyük kampaniyaların təşkil olunması ilə əlaqədardır. 

Кареты скорой помощи - Sputnik Azərbaycan
HADİSƏ
"Xəstə “tərəvəz” kimi sayılır" – Baş həkimin müavini ölən uşağın atasına cavab verdi
Bu səbəbdən də Azərbaycanda adıçəkilən xəstəliyin qarşısı alınıb və 2002-ci ildə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının "Poliomielitdən azad ərazi" sertifikatı ilə təmin olunub. 2006-cı ildə görülən işlərin nəticəsidir ki, ölkəmizdə 2 milyon yarımdan artıq şəxs peyvəndlə əhatə olunub. Görülən tədbirlərin nəticələrindən biri də odur ki, 2008-ci ildən etibarən ölkəmizdə məxmərək xəstəliyi qeydə alınmır. Qızılcaya görə Azərbaycan ÜST tərəfindən eliminasiya olunmuş ərazi kimi qiymətləndirilib. Onu da vurğulayım ki, bu gün Avropanın 53 ölkəsindən 48-də qızılca xəstəliyi qeydə alınıb. Təbii ki, bütün bunlara baxmayaraq ötən ildən etibarən xəstəliyin ölkəmizə keçirilmə halları da müşahidə edilib. Ötən ilin noyabrında ölkəmizdə də qızılca xəstəliyi qeydə alınıb. Xəstəliyin pik həddi isə bu ilin yanvar-fevral aylarına təsadüf edib".

"Apreldən etibarən isə qızılca ilə bağlı rəqəmlərdə azalma olub. Mayda bu rəqəm 11, iyun ərzində isə 1 olub. Demək olar ki, 2-3 il ərzində ölkəmizdə digər infeksiyalar, yəni epidemik parazit, göy öskürəklə bağlı xəstələnmə qeydə alınmayıb. 2013-cü ilin dekabrından pnevmokokk əleyhinə peyvəndləməyə başlamışıq. 

Həkim - Sputnik Azərbaycan
CƏMİYYƏT
Səhiyyədə saxta diplom problemi: Sağalsa, həkiməm, sağalmasa mən kiməm...
Bunun nəticəsidir ki, son illər uşaqlar arasında pnevmokokklar tərəfindən törədilən pnevmoniyalarda azalmalar nəzərə çarpır", – deyə A.Əliyeva vurğulayıb.

O bildirib ki, ölkəmizdə peyvəndlə əlaqədar ölüm halı qeydə alınmayıb: "Eyni zamanda xəstə peyvənd olunmadığı üçün hansısa infeksion xəstəlikdən ölüm halı da qeydə alınmayıb. Lakin onu qeyd edim ki, bəzən nailiyyətlərimiz də bizim üçün müəyyən maneələr yaradır. Çünki bəzi hallarda xəstəlik yoxdur deyə insanlar peyvənddən imtina edirlər".

Qeyd edək ki, bu ilin martından iyunun sonunadək böyüklər arasında 116 min şəxs məxmərək əleyhinə vaksindən yararlanıb.

Xəbər lenti
0