CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhiyyədə saxta diplom problemi: Sağalsa, həkiməm, sağalmasa mən kiməm...

Abunə olmaq
"Biz utanıb-çəkinirik. Amma hadisə baş verəndə iş-işdən keçmiş olur"

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Son illər Azərbaycan təhsilinin xaricə inteqrasiyası da artır. Hər il ölkə xaricində təhsil alan gənclərin faiz etibarilə sayı da yüksəlir. Lakin bəzən xaricdə təhsillə bağlı müəyyən sui-istifadə halları da olur. Bunu artıq rəsmi qurumlar da etiraf edirlər.

Кареты скорой помощи - Sputnik Azərbaycan
HADİSƏ
Hüquqşünas səhiyyə işçilərini döyən şəxsləri gözləyən cəzadan danışdı

Təhsil nazirinin müşaviri Həsən Həsənli xüsusən də həkimliklə bağlı sui-istifadə hallarının təhlükəli olduğunu vurğulayıb. O, qeyd edib ki, ölkədən çıxmadan həkimlik dərəcəsi alanların sənədləri saxtadır.

Təəssüf ki, bu gün Azərbaycan səhiyyə sistemində saxta uzmanların sayı durmadan artır. Ölkə xaricində bir neçə aylıq kurs keçib Azərbaycana qayıdan bəzi həkimlər özünü uzman elan edərək, vətəndaşları aldadırlar. Bu da ölkə səhiyyəsinə olan inamı azaldır.

Problemin qarşısı necə alınmalıdır? Sputnik Azərbaycan bu suala cavab tapmağa çalışıb.

Tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, uzmanlıq rezidentura deməkdir. Rezidentura isə tibb təhsilinin ən yüksək pilləsidir: "Artıq nəzəri biliklər almış şəxsin praktiki biliklərə yiyələnməsi deməkdir. Bu elə-belə ola bilməz. Uzmanlıq keçən şəxs həmin ölkədə imtahan verir, tələb edilən prosedurlardan keçir. Sonda ona diplom verilir. Türkiyədə saxta diplom almaq mümkün deyil".

Ekspertin sözlərinə görə, xəstələrin aldanmaması üçün bütün tibb reklamları ləğv olunmalıdır. Adil Qeybulla bildirir ki, bütün reklamların arxasında korporativ maraq – pul dayanır. Bütün həkim reklamları konkret maliyyəyə hesablanıb.

"Həkim özünü niyə reklam etməlidir? Deməli, bunun məqsədi pul qazanmaqdır. Bütün bunlar ləğv olunmalıdır. Dünyanın getdiyi yol ilə getmək lazımdır. Ayıbdır, həkimliyi alverə çevirmək olmaz" - deyə o vurğulayıb.

Bərdə rayonu Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım avtomobili - Sputnik Azərbaycan
SƏHİYYƏ
Təcili yardım xidmətinin baş həkimi Səhiyyə Nazirliyinin hərəkətinə mat qalıb

A.Qeybulla əlavə edib ki, bu problemin həll olunması üçün səhiyyə sistemində bir struktur yaradılmalı və icbari tibbi sığorta tətbiq edilməlidir. Həkimlərin peşəkarlığının artırılması istiqamətində konkret tədbirlər görülməlidir: "Yəni hər həkim öz sahəsi ilə məşğul olmalıdır. Hansısa həkimin təhsilində problem varsa, o problem həll olunmalıdır, kursa göndərilməli, ixtisas artırılması üçün bütün vasitələrə əl atılmalıdır. Yəni fəaliyyət göstərən həkimlər mütəxəssis olmalıdırlar. Bunun da yolu peşəkar hazırlıqdan keçir. Türkiyədə 2 ay kurs keçib özünü uzman adlandıranlar da var, digər ölkələrdə kurs keçib az qala özünü rezident adlandıranlar da".

Həkim təəssüflə qeyd edir ki, xəstələr daha çox reklam edilən, reklamla tanınan həkimləri axtarır, "Facebook"da, telekanallarda reklam olunan həkimlərə inanırlar.

"Reklamların cazibəsi olur və iradəsi zəif insanlar bu cazibəyə qapılırlar. Azərbaycanda belə adamlar çoxdur. Təsəvvür edin, bu millət falçıya gedirsə, deməli, reklamların da təsiri altına düşür" - deyə A.Qeybulla əlavə edib.

"Xəstənin həkimdən diplom tələb etmək haqqı varmı" sualını cavablandıran ekspert Azərbaycanda belə mexanizmin formalaşmadığını bildirib: "Gedib həkimdən diplom tələb edəcəksən, deyəcək, səni qəbul etmirəm. Belə olan şəraitdə xəstə həkimə heç bir narazılıq edə bilməz. Bunun hüquqi mexanizmi yaradılmalıdır".

Həkim-terapevt Məlahət Abbasova məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, həkimlik sənəti elə bir işdir ki, bunu 4 il oxumaqla bilmək mümkün deyil: "Yeni nəsil həkimlər yaranıb ki, Türkiyədə uzmanlıq oxuduqlarını iddia edirlər. Halbuki, uzman olmaq üçün 5-6 il oxumaq lazımdır. Bunlar isə 2-3 ay kurs keçib, uzman olduqlarını iddia edirlər. Belə həkimlər çoxdur".

Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə Nazirliyindən aksiya keçirən jurnalistin iddiasına cavab

M.Abbasovanın fikrincə, Azərbaycan səhiyyəsinə olan inamı da belə həkimlər öldürürlər: "Mən həkimlər tanıyıram ki, bir fakültəni bitiriblər, amma tamam başqa sahədə çalışırlar. Məsələn, həkim var ki, terapevtdir, amma ginekoloq işləyir. Səhiyyə sistemində belə halların qarşısını almaq çətinləşib. Xəstələr həkimə müraciət edən zaman onun diplomu, sertifikasiyası ilə maraqlanmalıdırlar. Hansısa həkimə getməmişdən öncə onun haqqında ətraflı məlumat toplayın. Bu kimi halların qarşısını vətəndaşlar özləri almalıdırlar. Aldanmamaq üçün gedəcəyiniz həkimi araşdırın. Həkim tanıyıram ki, iki aylıq kurs keçib, Azərbaycana qayıdanda deyir ki, mən də uzmanam. Sonradan öyrəndim ki, o, uzman deyilmiş. Səhiyyə sistemində belə həkimlər çoxdur. Bu səbəbdən də həkimə gedəndə sertifikasiya tələb edin. Biz utanıb-çəkinirik. Amma hadisə baş verəndə iş-işdən keçmiş olur".

Xəbər lenti
0