CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ulduzların ağuşunda bir gecə - Səmanı 24 saat müşahidə edirlər

© Sputnik / Murad OrujovŞamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası - Sputnik Azərbaycan
Abunə olmaq
Professor Nəriman İsmayılov bildirir ki, indi 60 sm-lik teleskopla 19-20-ci ulduzu müşahidə edə bilirlər

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 iyun — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə yaradılıb. Rəsədxana Böyük Qafqaz dağının şimal-şərqində Cənubi Qafqazda Bakıdan 150 km. məsafədə Pirqulu dağının-şərq yamacında yerləşir.

Burada aydın gecələrin sayı il ərzində 190-200-ə çatır. Bu yerdə həmin vaxt rəsədxana tikilməsi üçün ona görə seçilibmiş ki, ətrafda gecələri aydınladan süni işıqları olan obyektlər olmayıb. Və bu da müvafiq müşahidələrin aparılması üçün əlverişli olub.

Zaman keçib və indi rəsədxananın 50 metrliyində 5 ulduzlu böyük hotel tikilir. Bu gün rəsədxananın çoxsaylı problemləri ilə yanaşı Azərbaycanın adını müxtəlif ölkələrdə tanıdacaq gördüyü işlər də var.

Bu barədə rəsədxananın elmi işçisi professor Nəriman İsmayılovala söhbətimizdə öyrəndik.

© Sputnik / Murad OrujovProfessor Nəriman İsmayılov
Ulduzların ağuşunda bir gecə - Səmanı 24 saat müşahidə edirlər - Sputnik Azərbaycan
Professor Nəriman İsmayılov

- Nəriman müəllim, ilk öncə bu gün hamını maraqlandıran bir sualdan başlayaq. Əvvəllər Ramazan ayında QMİ-nin təqvimi ilə rəsədxananın təqvimi üst-üstə düşmürdü. Amma son 4-5 ildə sanki nəsə dəyişib. Təqvimlər üst-üstə düşür. Bu da bir qrup insanda müxtəlif fikirlər yaradır.

- Astronomiyada hər bir sahənin öz mütəxəssisi var və cavabdeh şəxsi var. Ayın nə zaman doğacağı, batacağı, Ramazan ayının daxil olduğu tarix çox dəqiqliklə hesablanıb. Burada böyük bir riyazi hesablamaya ehtiyac yoxdur.

Bu işi başqa şəxslər aparır. Bəzən olur ki, cəmiyyət informasiya vermək üçün tələsir. Bu zaman müəyyən fikirlər ortaya çıxır və ajiotaj yaranır. Hesab edirəm ki, bu xırda bir şeydir. Bunu böyütməyə dəyməz.

Луна - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ay nə vaxt görünəcək – Rəsədxana açıqladı

- Rəsədxananın ən böyük teleskopu 2 metrlik teleskopdur. Bu teleskop nə zaman qurulub?

- Teleskop 1967-ci ildə qurulub. O dövrdən biz işləmişik, müəyyən tədqiqatlar aparılıb və nəticələr də var. 2011-ci ildə rəsədxana yenidən quruldu. Prezident bura vəsait ayırdı, müəyyən tikinti işləri aparıldı. 2013-cü ildə Çex firması ilə müqavilə bağlandı və teleskopun müasirləşdirilməsi prosesi həyata keçirildi.

Hazırda teleskop müasir elektronika və idarəetmə sistemi ilə işləyir. Və demək olar ki, tamamilə avtomatlaşdırılıb. Daha əvvəl olduğu kimi müşahidəçinin teleskopun yaxınlığına qalxmasına ehtiyac olmur. Kabinədə oturaraq ekran vasitəsilə izləmək mümkündür. Bu teleskopda yaxşı spektroqraflar qoyulub. Bu sistem vasitəsilə göy cisimlərinin spektrlərini ala bilirik.

- Bildiyimə görə, rəsədxana bu günlərdə yeni bir proqrama qoşulub.

- Bəli. Rəsədxanamız bu yaxınlarda Avropanın "Grandma" proqramına qoşulub. Qravitasiya dalğalarının kəşfi demək olar ki, əsrin ən maraqlı kəşfidir. Həmin dalğaların kəşfi fizika qarşısında demək olar ki, yeni bir sahə açır. Astronomların öhdəsinə isə bu cür dalğaları yaya bilən mənbələrin axtarılması və tapılması düşür. Hal-hazırda Avropa bu sahədə böyük iş aparılır.

Работа Holding Due North фотографа Jake Mosher, вошедшая в шорт-лист конкурса Insight Investment Astronomy Photography of the Year 2018 - Sputnik Azərbaycan
FOTO
Sirli kosmos: 2018-in ən yaxşı şəkilləri

Həmin proqrama rəsədxanamız da qoşulub. Bizim rəsədxana haqqında məlumatlar həmin proqramın saytında yer alıb. Hazırda proqram üzrə iş gedir.

Kainatın gecə fonunun sonuna qədər olan obyektlər çox zəif obyektlərdir. Məsələn iki neytron ulduz birləşir. bunlara Kilonova deyirlər. Bunlar qoşa sistemdir, fırlanırlar. Son anda üst-üstə düşürlər və böyük alışma baş verir. Həmin anda qravitasiya dalğaları kainata yayılır. Bu zaman elektromaqnit diapazonda da böyük alışma baş verir. Biz bu alışmaları optik diapazonda proqrama qoşularaq müşahidə edirik.

Əvvəllər bu teleskopda 16-cı ulduza qədər müşahidə edə bilirdik. Ancaq xüsusi reduktor aldıq, fokusu qısaltdıq və beləliklə optik sistemin optik gücünü artırdıq və həmin teleskopun daha dərinə nüfuz etmə gücünü artırdıq.

Bundan başqa rəsədxanada 60 santimetrlik teleskopumuz var. Biz onunla fotometrik işlər aparırıq. Bu o deməkdir ki, bu teleskopla göy cisimlərindən gələn işığın intensivliyini ölçməklə obyektlərin spektral enerji paylanmasını öyrənmək mümkün olur. Beləliklə, göy cisminin fiziki xarakteristikasını öyrənmək olur.

İndi 60 sm-lik teleskopla 19-20-ci ulduzu müşahidə edə bilirik. Və birbaşa həmin proqramın tələbinə uyğun məlumat alırıq. Həmin proqrama 17 ölkənin rəsədxanası qoşulub. Saat qurşağı fərqli olduğu üçün biz səmanı 24 saat müşahidə altında saxlaya bilirik.

Министр иностранных дел Сергей Лавров в ходе пресс-конференции глав МИД Азербайджана в Баку - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ilə ABŞ arasında növbəti mübahisə: Bu dəfə kosmos üstündə

- Rəsədxananın hansı ölkələrin rəsədxanaları ilə əlaqəsi var?

- Rəsədxanamızın inkişaf etmiş ölkələrlə əlaqəsi var. Ən sıx əlaqələrimiz Rusiya Federasiyasında və Ukraynada olan astronomlarladır. İran və Türkiyə rəsədxanaları ilə yaradıcılıq səviyyəsində olmasa da, gediş-gəliş var. Avropa rəsədxanaları ilə də əlaqələrimiz var.

Bilirsiniz ki, 1992-ci ildən bəri çox ağır proses keçmişik. Bu prosesdə maddi çətinliklər üzləşmişik, cihazlarımız işləməyib. Sovet dövründə əlaqələrimi çox güclü olub.

Cihazlarımız yeniləndikdən sonra çalışmışıq ki, bu vəziyyətdən çıxaq.

- Nəriman müəllim, əvvəl teleskopların güzgüləri Rusiyaya aparılaraq təmizlənirdi. İndi güzgülər necə təmizlənir?

- Bu proses artıq öz rəsədxanamızda həyata keçirilir. Bunun üçün Almaniyadan xüsusi cihaz almışıq. Teleskopların güzgüləri 5-10 ildən bir təmizlənməlidir. Bunu da artıq özümüz edə bilirik. Güzgülər çıxarılır və həmin cihazda üzərinə yeni qat çəkilir.

Xəbər lenti
0