Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə ABŞ arasında növbəti mübahisə: Bu dəfə kosmos üstündə

© Sputnik / Murad OrujovМинистр иностранных дел Сергей Лавров в ходе пресс-конференции глав МИД Азербайджана в Баку
Министр иностранных дел Сергей Лавров в ходе пресс-конференции глав МИД Азербайджана в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Lavrov deyib ki, ABŞ kosmosun hərbiləşdirilməsini istəyir, kimyəvi və bioloji terrorizmin qarşının alınmasına isə mane olur

BAKI, 15 yanvar — Sputnik. ABŞ tərəfindən ortaya atılmış kosmosun hərbiləşdirilməsi planı beynəlxalq təhlükəsizliyə yeni "çox neqativ dəyişikliklər" gətirəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfrasında bildirib.

Lavrov qeyd edib ki, Rusiya və Çinin silahların kosmosda yerləşdirilməməsi haqqında saziş layihəsi ilə əlaqədar birgə təşəbbüsü var. Bu təşəbbüs bir neçə il əvvəl BMT-nin silahsızlaşdırma ilə bağlı konfransında təqdim edilmişdi. 

Cəfər Əsgərov - Sputnik Azərbaycan
ELM
Azərbaycanlı energetikdən kosmos yolunu ucuzlaşdıracaq ideya

"Təəssüf ki, ABŞ-ın mövqeyi ucbatından hələ həmin sazişin müzakirəsinə başlanmayıb. Qalan hamı bu məsələnin aktuallığını başa düşür. Amma ABŞ kosmik məkana silahların yerləşdirilməsi ilə hərbiləşdirmə planını aşılamağa davam edir. Əlbəttə ki, bu, beynəlxalq təhlükəsizlik problemlərinə çox neqativ dəyişikliklər gətirəcək" — deyə Lavrov bildirib.

Bundan başqa, o qeyd edib ki, BMT-nin silahsızlaşdırma ilə bağlı konfransı çərçivəsində Çin də kimyəvi və bioloji terrorizmin qarşının alınmasına dair Konvensiya layihəsində Rusiya ilə həmmüəllifdir. Lavrov bu layihəyə də "ABŞ tərəfindən maneçilik törədildiyini" vurğulayıb.

Xəbər lenti
0