Bir gündə 3 təyyarə qəzası

© AP Photo / Remy de la MauviniereЭлектрический самолет Efan 1 выполняет свой демонстрационный полет на Парижском авиасалоне в Ле-Бурже
Электрический самолет Efan 1 выполняет свой демонстрационный полет на Парижском авиасалоне в Ле-Бурже - Sputnik Azərbaycan
Abunə olmaq
Bir təyyarə və bir helikopter qəzaya uğrayıb, bir təyyarə isə yoxa çıxıb

BAKI, 30 iyul – Sputnik. Dünyanın ayrı-ayrı bölgələrində bir gündə 3 təyyarə qəzası baş verib. Sputnik Azərbaycan xəbər verir ki, Alyaskada Muz Pass yaşayış məntəqəsinin yaxınlığında təyyarə qəzaya uğrayıb.

Qəza nəticəsində üç nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

В Бурятии потерпел крушение пассажирский Ан-24 - Sputnik Azərbaycan
Rusiyada yenə təyyarə faciəsi: Ölən və yaralılar var - VİDEO

Məlumata əsasən, hadisə yerli vaxtla 16:00 radələrində baş verib. Qeyd edilir ki, təyyarə Tern gölünün şimalında dağa çırpılıb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.

Dominikan Respublikasında yüngül mühərrikli təyyarə radarlardan itib.

Təyyarənin heyəti ilə əlaqə Baraona əyalətində yerləşən Mariya-Montes hava limanından hava qalxdıqdan 30 dəqiqə sonra kəsilib.

Bildirilir ki, Dominikan Mülki Aviasiya İnstitutu təyyarənin axtarışı üzrə əməliyyata başlayıb.

Kanadanın Manitoba vilayətində isə yüngül helikopter qəzaya uğrayıb. Hadisə Steynbek şəhərinin hava limanı yaxınlığında baş verib.

Şəhər polisinin nümayəndəsi Kris Krepskinin sözlərinə görə, əldəqayırma helikopter eniş zamanı uçuş-enmə zolağından 300 kilometrdə düşüb.

Hava gəmisində olan iki nəfər vaxtında helikopteri tərk edib və xəsarət almayıblar. Hadisə nəticəsində helikopter tamamilə məhv olunub.

Xəbər lenti
0