BAKI, 27 iyun — Sputnik. Rusiyanın Buryatiya Respublikasında "An-24" sərnişin təyyarəsi qəza enişi edib.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, hadisə zamanı təyyarədə 43 nəfər olub. Qəza nəticəsində 2 pilot həlak olub, 19 yaralanıb.
#Авиация #Антонов Регистрационный номер Ан-24 к сожалению разглядеть не получается. pic.twitter.com/bTD0p5soIx
— Maxim 🇷🇺🚢✈ (@ilax202) 27 июня 2019 г.
Xilasedicilərin məlumatına görə, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən təyyarə uçuş-enmə zolağından 100 metr kənara çıxaraq binaya çırpılıb. Bundan sonra təyyarə yanmağa başlayıb.