CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hər kim 100 il yaşamasa... yaxud ölümümüzdə günahkar kimdir?

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку
Карета скорой помощи в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Hepatit B, Hepatit C və papiloma virusunun növləri müxtəlif xərçəng xəstəliklərinin inkişafına səbəb olur" - Günel Qasımova

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 28 iyun — Sputnik. Azərbaycanda müxtəlif xəstəliklərlə bağlı ölümlərin əsas səbəbləri bəlli olub. “Trend”in məlumatına görə, ötən il Azərbaycanda 57 min 250 nəfər dünyasını dəyişib ki, bu da 2017-ci illə müqayisədə 141 nəfər çoxdur. 2017-ci ildə ölkədə 57 109, 2016-cı ildə 56 648, 2015-cü ildə 54 697 nəfər ölüb.

Adil Qeybulla, həkim - Sputnik Azərbaycan
Həkim icbari tibbi sığorta barədə: əhalinin bütün təbəqlərini əhatə etməlidir

Ötən il dünyasını dəyişənlərin 33 909-u (2017-ci ildə 33 663 nəfər) qan dövranı sistemi xəstəliklərindən, 8 718-i (2017-ci ildə 8 665 nəfər) yenitörəmələrdən, 1 826-i (2017-ci ildə 1 839 nəfər) tənəffüs sistemi xəstəliklərindən, 2 772-i (2017-ci ildə 2 769 nəfər) travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən ölüb.

Mütəxəssis, həkim-terapevt Günel Qasımova Sputnik Azərbaycan-a açıqlamasında son illərdə dünyada olduğu kimi Azərbaycanda da ürək, qan-damar sistemi xəstələrinin, bu xəstəliklərlə əlaqədar ölümlərin sayının artmasına münasibət bildirib: “Ürək əzələsi normal fəaliyyət göstərə bilmədikdə müxtəlif xəstəliklər meydana çıxır. Belə xəsətliklərdən biri də ürəyin işemik xəstəliyidir. Təəssüflə qeyd etməliyəm ki, ürəyin işemik xəstəliyi ölkəmizdə də geniş yayılıb. Bu xəstəliyin əsas simptomlarından biri də stenokardiyadır”.

Mütəxəssis ürək xəstəliklərinə və ölümlərə səbəb olan amillərdən də danışıb: “Ürək əzələsinin xəstəlikləri, bundan başqa tütündən imtina etməmək, fiziki aktivliyin olmaması, idmanla məşğul olmamaq da müxtəlif ürək xəstəliklərinə səbəb olur. İlk növbədə ürəyin fəaliyyətinə mane olan pis vərdişlərdən imtina etməyi tövsiyə edirəm. Bu sırada isə tütünün adını birinci qeyd etməliyəm. Çünki tütün ürəyin işemik xəstəliyinin daha da gərginləşməsinə səbəb olur”.

G.Qasımova tütünün eyni zamanda ölümə gətirib çıxaran tənəffüs yolları xəstəliklərinə də səbəb olduğunu vurğulayıb: "Belə olan halda tütün ağciyər toxumasına zədələyici təsir göstərir. Zaman keçdikcə isə ağciyər toxuması sıradan çıxır və bir sıra sağalmaz xəstəliklər peyda olur".

Mütəxəssis gələcəkdə müxtəlif ürək xəstəliklərindən əziyyət çəkməmək üçün oturaq işlə məşğul olan şəxslərə işdən sonra idmana zaman ayırmağı tövsiyə edir: “Bəzən ürək çatışmazlığı olan bir çox xəstələrə də idmanla məşğul olmaq tövsiyə olunur. Lakin fiziki aktivliyi artırmaq istədikdə gərək ki, belə xəstələr həkimləri ilə məsləhətləşsinlər. Çünki xəstənin ürək qapaqlarında müəyyən problemlər aşkarlanarsa, o zaman belə şəxslərə müvəqqəti də olsa, idmanı dayandırmaq məsləhət görüləcək”.

Ürək ağrısı - Sputnik Azərbaycan
Ürək-damar xəstəliklərinin əsas səbəbi bilindi

G.Qasımova bütün dünyada ürək, qan-damar sistemi xəstəliklərindən sonra ölümə səbəb olan onkoloji xəstəliklər haqda da danışıb. O, bildirib ki, dünyada olduğu kimi Azərbaycanda da kişilər daha çox ağciyər, prostat vəzi, mədə-bağırsaq və qaraciyər xərçəngindən, qadınlarda isə daha çox süd vəzisi, uşaqlıq boynu və mədə xərçəngindən əziyyət çəkir. Mütəxəssis bu cür xəstəliklərə səbəb olan amillərdən də danışıb: “Xərçəngin inkişafına təsir edən amillərdən biri də qocalmadır. Çünki qocalarkən insanın hüceyrələrinin bərpa mexanizmi daha da aşağı düşür. Bundan başqa, dünyada olduğu kimi Azərbaycanda da xərçəngə səbəb olan əsas amillərdən biri də tütündən istifadə, artıq çəki, qeyri-sağlam həyat tərzinin olması və sağlam qidalanmanın olmamasıdır”.

“Bundan başqa müxtəlif infeksiyalar da bədxassəli şişlərin yaranmasına səbəb olur. Hepatit B, Hepatit C və papiloma virusunun növləri müxtəlif xərçəng xəstəliklərinin inkişafına səbəb olur. Belə infeksiyalar xərçəngin inkişafını kəskin sürətdə artırır” – deyə həmsöhbətimiz əlavə edib.

G.Qasımova bildirib ki, şüalanma, stress, depressiya da xərçəngə səbəb ola bilir.

Xəbər lenti
0