Ürək-damar xəstəliklərinin əsas səbəbi bilindi

CC0 / Pexels / HeartacheÜrək ağrısı
Ürək ağrısı - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar ürək-damar və respirator xəstəliklərin inkişafında əsas səbəbdir

BAKI, 26 mart — Sputnik. Ürəyin əsas xəstəliyinin səbəbi müəyyən edilib.

Sputnik Azərbaycan-ın xarici mətbuata istinadla xəbərinə görə, Almaniya alimləri müəyyən edib ki, havanın çirklənməsi iki dəfə çox ölüm halına səbəb ola bilər.

Əməliyyat - Sputnik Azərbaycan
SƏHİYYƏ
Azərbaycanda xəstəyə süni ürək köçürüldü

Bununla yanaşı insanlar xroniki aerosol təsirindən meydana gələn ürək-damar xəstəliklərindən ölürlər. Bu barədə Medikal Ekspress-in press-relizində qeyd edilib.

Alimlər havanın ölüm həddində çirklənməsinə müxtəlif mənbələrin təsirini modelləşdiriblər. Müəyyən olunub ki, 2015-ci ildə bütün Avropada ətraf mühitin pis vəziyyəti 790 min insanın ölümünə səbəb olub. Eyni zamanda, bu faktın 40-80 faiz insanlar infarkt və insult daxil olmaqla ürək-damar xəstəliklərindən olub.

Bütün dünyada havanın çirklənməsindən ölənlərin sayı 8,8 milyona çatır. Alimlərin sözlərinə görə, bu səbəbdən insanlar tütün çəkənlərə nisbətən daha çox ölür. Orqanizmə zərərli olan əsas faktor havada diametri təxminən 2,5 mikron - PM2.5 olan bərk hissəciklərin havada olmasıdır. Onlar ürək-damar və respirator xəstəliklərin inkişafında əsas səbəbdir. Avropada havaya buraxılan illik konsentrasiyanın həcmi hər kubmetrə 25 mikroqramdır. Bu da Ümumdünya Səhiyyə Təşkilatının icazə verdiyi hər kubmetrə 10 mikroqramdan iki dəfə çoxdur.

Xəbər lenti
0