Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İstirahət mərkəzlərinə pul cəzası - məhkəmə də ola bilər

© Sputnik / Murad OrujovОдин из абшеронских пляжей
Один из абшеронских пляжей - Sputnik Azərbaycan
Abunə olmaq
Cərimələnən obyektlərin yaxınlığında çimmək məsləhət deyil

BAKI, 28 iyun — Sputnik. Xəzər dənizi sahillərində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin nümayəndələri ilə birgə növbəti reyd keçiriblər.

İstirahət mərkəzlərindən birinin hovuzu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Dənizkənarı istirahət mərkəzlərində təhlükə

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Reyd zamanı Şıx çimərliyi ərazisində fəaliyyət göstərən "1001 gecə", "Eldorado", "Aqua Park" və "Dostluq" istirahət mərkəzlərində formalaşan tullantı sularının təmizlənmədən Xəzər dənizinə axıdıldığı aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə istirahət mərkəzlərinə cavabdeh şəxslər Raul Qasımov, Rəşad Hüseynov, Zaur Hüseynli və Azər İsmayılov barəsində protokol tərtib olunub və onların hər biri 4000 manat məbləğində cərimə edilib. Çirkab sutəmizləyici qurğuların quraşdırılması üçün obyekt sahiblərinə icrası məcburi olan "məcburi göstəriş"lər verilib. "Məcburi göstəriş"lərin tələbləri icra olunmadığı təqdirdə məhkəməyə müraciət olunacaq. 

Xəbər lenti
0