CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizkənarı istirahət mərkəzlərində təhlükə

© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
İstirahət mərkəzlərindən birinin hovuzu - Sputnik Azərbaycan
Abunə olmaq
Hovuzlarda sanitar-gigiyenik normalara əməl etmək sahibkarların insafına qalıb

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 19 iyun — Sputnik. İsti havalarda dənizlə yanaşı, hovuzu olan istirahət mərkəzlərinə üz tutanların da sayı artır. Elə biz də ötən istirahət gününü belə məkanlardan birində keçirdik. Su attraksionları uşaqların marağını daha çox cəlb etdiyindən, dənizkənarı istirahət mərkəzində balacalar hər zamankı kimi yenə üstünlük təşkil edirdi. Diqqətimizi çəkən əsas məqam isə su hovuzunda çimən uşaqların az keçməmiş qarın və göz ağrısından şikayət etmələri, gözlərinin qızarması oldu. Mərkəzdə çalışanlar bunun səbəbini uşaqların isti havada daha çox suda qalması ilə əlaqələndirsələr də, mütəxəssislər istirahət məkanlarında bunun gigiyenik duruma ciddi nəzarət olunmaması ilə bağlı olduğunu söyləyirlər. Sputnik Azərbaycan-ın apardığı kiçik araşdırma zamanı bəlli olub ki, hazırda ölkə ərazisində yerləşən istirahət mərkəzlərində hovuzların gigiyenik vəziyyətinə nəzarət olunmur. Necə deyərlər, hovuzlarda sanitar-gigiyenik normalara əməl etmək qalıb sahibkarların insafına...

© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
Dənizkənarı istirahət mərkəzlərində təhlükə - Sputnik Azərbaycan
İstirahət mərkəzlərindən birinin hovuzu

Yasamal rayon Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal gigiyena bölməsinin baş həkimi Xeyrulla Qasımov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sahibkarlıq subyektlərində yoxlamalar dayandırılandan sonra dəniz kənarında yerləşən istirahət mərkəzlərinin hovuzlarında gigiyenik norma və tələblər yoxlanılmır. Həmsöhbətimiz deyir ki, su hovuzlarında gigiyenik yoxlama ancaq sahibkarın istəyi ilə baş tuta bilər: "Bizim qurum əvvəllər planlı şəkildə belə məkanlarda hovuzların sanitar-gigiyenik durumunu yoxlayırdı. Amma sahibkarlıq subyektlərində yoxlama dayandırıldıqdan sonra bu, ancaq sahibkarla bağlanan müqavilə əsasında baş tuta bilər. Loru dildə desək, sahibkar istəsə, hovuzların təmizliyinin yoxlanılması üçün bizimlə müqavilə bağlaya bilər, istəməsə də, buna onu heç kəs məcbur edə bilməz. Digər hallarda bizim qurum ancaq şikayət daxil olarsa, İqtisadiyyat Nazirliyinin razılığı əsasında həmin məkanlarda hovuzların təmizliyini yoxlaya bilər. Çimərlik mövsümü başlasa da, hələ ki heç bir sahibkar bizə hovuzlarda gigiyenik normaların yoxlanılması üçün müraciət etməyib. Yəni bizim qurum heç bir hovuzu olan istirahət mərkəzində yoxlama aparmayıb. Halbuki, hovuz suyu kimyəvi-bakterioloji müayinədən keçirilməlidir. Sudan nümunə götürülməli, xlorun miqdarı, mikroblara görə kimyəvi və bakterioloji müayinələr aparılmalıdır".

© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
Dənizkənarı istirahət mərkəzlərində təhlükə - Sputnik Azərbaycan
İstirahət mərkəzlərindən birinin hovuzu

X.Qasımov deyir ki, hovuz suyu mütləq içməli su olmalıdır. Bununla yanaşı, istirahət mərkəzlərində hovuz suyu xlorlanmalıdır: "Xlorator vasitəsilə hovuza xlorlu su vurulmalıdır ki, suyun tərkibindəki bakteriyalar məhv olsun. Suda bakteriyalar, bağırsaq çöpləri olarsa, bu həmin hovuzda çimən insanda mədə-bağırsaq pozğunluğuna, gözlərdə qızartının, sulanmanın yaranmasına səbəb ola bilər".

© ©KarikaturaÇirkli dəniz
Dənizkənarı istirahət mərkəzlərində təhlükə - Sputnik Azərbaycan
Çirkli dəniz

Amma X.Qasımov hovuzlarda suya xlorun normadan artıq qatılmasının da insan orqanizmi üçün təhlükəli olduğunu deyir. Onun sözlərinə görə, hovuz suyunda xlorun səviyyəsi 0.3-0.5 mq, suyun pH dəyəri isə 7.2-7.6 olmalıdır: "Hovuz suyuna xlorun az, yaxud çox qatılması hovuzda çimən insanın orqanizmi üçün fəsad verə bilər. Normaya görə, hovuz suyuna 0,3-0,5 mq miqdarda xlor qatılmalıdır. Bu miqdardan az və yaxud çox ola bilməz. Bu zaman hovuzda çimən insanın gözlərinin qızarması kimi hallara rast gəlinə bilər. Hovuz suyunda koli əmsalı 3-dən çox olmamalıdır. Əks halda mədə-bağırsaq pozğunluğu yarada bilər. Uşaqların çimdiyi hovuzlarda isə bu normaya nəzarət olmaldır. Çünki uşaqlar çimərkən su daha çox ağızdan mədəyə keçir. Bu zaman hovuz suyunda bağırsaq çöpü, bakteriyalar olarsa, eləcə də koli əmsalı normadan çox olarsa, mədə-bağırsaq pozğunluğuna, ishal hallarına gətirib çıxarda bilər".

© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
Dənizkənarı istirahət mərkəzlərində təhlükə - Sputnik Azərbaycan
İstirahət mərkəzlərindən birinin hovuzu

X.Qasımovun sözlərinə görə, hazırda istirahət məkanlarındakı hovuzlarda müasir sistem quraşdırıldığından hovuza bir tərəfdən daxil olan su digər tərəfdən xaric olur: "Amma bununla belə, suyun tərkibi yoxlanılmalıdır. Nəzərə almaq lazımdır ki, hovuz suyu vasitəsilə keçən ən təhlükəli xəstəliklərdən biri də dəri xəstəlikləridir. Hovuz suyu vasitəsilə dəmrov, dermatit, kontakt dermatitləri, qoturluq kimi təhlükəli xəstəliklər keçə bilər. Ona görə də istirahət məkanlarında hovuzlardan istifadə zamanı ehtiyatlı olmaq vacibdir".

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat, təşkilati-metodik bölməsinin rəhbəri Yazgül Abdıyeva isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, uşaqların xlor vurulan hovuzlarda çimməsi təhlükəlidir. Y. Abdıyeva deyir ki, artıq dünyanın əksər ölkələrində hovuzlarda ionlaşdırılaraq filtrdən keçirilən sudan istifadə edilir: "Çünki xlorlu su böyüməkdə olan uşaqların gözləri üçün çox təhlükəlidir. Xlor gözdə qıcıqlanmaya səbəb olur. Həmçinin xlor gözun selikli qişasını zədələyə bilər. Bu zaman gözdə qızarma, sulanma, allergiyalar yaranır. Ona görə də uşaq və böyük istənilən halda uzun müddət hovuzda, xlorlu suda su eynəyi olmadan çimməməlidir. Qulağa da xlorlu suyun mənfi təsiri var. Xlorlu su qulağa daxil olduqda otitin yaranmasına gətirib çıxardır".

© Sputnik / Zulfiyya Guluyevaİstirahət mərkəzlərindən birinin hovuzu
Dənizkənarı istirahət mərkəzlərində təhlükə - Sputnik Azərbaycan
İstirahət mərkəzlərindən birinin hovuzu

Y.Abdıyevanın sözlərinə görə, dəniz suyunda duz olduğundan, bakteriyaların inkişafına şərait olmur. Ona görə də Y.Abdıyeva suyuna xlor qatılan hovuzlardansa uşaqların dənizdə çimməsinin daha məqsədəuyğun olduğunu söyləyir.

Paytaxtda dəniz kənarında yerləşən istirahət mərkəzlərindən isə sorğumuza cavab olaraq bildirdilər ki, hovuzların təmizliyinə daxili qaydalara uyğun olaraq riayət edilir. Müştərilərin sağlamlığına zərər dəyməməsi üçün suya lazımi miqdarda xlor qatılır, mütəmadi dərmanlama işləri aparılır. Amma istirahət mərkəzlərindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin kommunal gigiyena bölməsi ilə müqavilə bağlamadıqlarını söylədilər...

Xəbər lenti
0