Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyindən aksiya keçirən jurnalistin iddiasına cavab

© Photo : APASəhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
"Onun nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil"

BAKI, 20 may — Sputnik. Xəbər verdiyimiz kimi, bir neçə gün öncə jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında aksiya keçirib. O bildirib ki, anasının müalicəsi ilə əlaqədar ondan pul tələb olunub, hansı ki, dövlət hesabına təmin olunmalıdır. 

Здание Министерства здравоохранения Азербайджанской Республики - Sputnik Azərbaycan
SƏHİYYƏ
Səhiyyə Nazirliyinin nümayəndələri xəstəxanalardakı problemləri araşdıracaqlar

Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə isə, T.Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib: "Onun anası üçün dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. Belə ki, xəstə, 1963-ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cü ilin fevral ayından ET Hematologiya və Transfuziologiya İnstitutunda çoxsaylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb".

"Diaqnoz laborator qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD velkeyd, sikofosfan, deksametazon kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hal-hazırda xəstə ambulator müalicədədir. Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə, eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır" - deyə Nazirliyin məlumatında bildirilib.

Qeyd olunub ki, edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov Nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazdığı və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib: "Şənbə günü isə Nazirliyin qarşısında səs-küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil".

"Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır. Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır və bu preparatlar Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur. Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya İnstitutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir" - deyə SN-dən vurğulanıb.

Xəbər lenti
0