CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qanun qəbul olundu – Artıq fırıldaqçılıq edə bilməyəcəklər

© AP Photo / Seth WenigЮвелирное украшение, фото из архива
Ювелирное украшение, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: "Lombardlar haqqında" yeni qanun layihəsi lombardların fəaliyyətini tam tənzimləyəcək, bu sahədə nəzarət olacaq və özbaşınalığa son qoyulacaq"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Milli Məclis Azərbaycanda "Lombardlar haqqında" yeni qanun layihəsini qəbul edib. Qanun lombardlar tərəfindən kreditlərin verilməsi və əşyaların saxlamaya qəbul edilməsi, habelə lombardlar tərəfindən həyata keçirilən fəaliyyətin nizamlanması və ona nəzarət ilə bağlı münasibətləri tənzimləyir.

Təyyarədən tökülmüş qızıllar - Sputnik Azərbaycan
Göydən qızıl-gümüş yağdı

Bundan əlavə, lombard fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaların verilməsi və ləğv edilməsi, habelə filial açmaq üçün lombardlara icazə verilməsi və verilmiş icazələrin ləğv edilməsi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçiriləcək.

Qeyd edək ki, bu qanunun qəbul edilməsi çoxdan gözlənilirdi. Çünki lombardların fəaliyyəti ilə bağlı cəmiyyətdə ciddi narazılıqlar yaranmışdı. Buna yeni yaradılan lombardların bir müddət sonra insanların əmanətini də götürərək yoxa çıxmasından tutmuş, əmanət qoyan şəxslərin aldadılmasına, mallarının geri qaytarılmamasına kimi bir çox digər neqativ hallar daxildir.

Bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov da Sputnik Azərbaycan-a açıqlamasında, yeni qanunu müsbət qiymətləndirib və bu sahədə mövcud problemlərdən danışıb: "Lombardlar özbaşınalıq edirlər. Azərbaycanda demək olar ki, bütün lombardların fəaliyyəti qanunsuzdur. Faktiki olaraq lombardlar qanunsuz bank fəaliyyəti ilə məşğuldur. Çünki lombardlar öz vəsaitləri ilə deyil, cəlb etdiyi vəsaitlər hesabına, yəni borc alaraq fəaliyyət göstərir. Bu isə artıq bank fəaliyyətidir. Lombardlar bu gün faktiki olaraq banklar və bank olmayan kredit təşkilatları ilə qeyri-sağlam rəqabət aparır. Bundan başqa, lombardlar çox yüksək faizlə kreditlər verir".

"Lombardlar müqavilə bağlayarkən vətəndaşların girov kimi qoyduqları qızıl əşyaları tam eyniləşdirmir. Bəzən vətəndaşa tamamilə başqa qızıl qaytarılır, vətəndaş da hansı qızıl qoyduğunu sübut edə bilmir. Bu sahədə xeyli problem mövcuddur" – deyə o qeyd edib.

Onun sözlərinə görə, vətəndaş lombardın pulunu vaxtında qaytara bilməyəndə dərhal lombard girovu özünə götürür və vətəndaşa əmlakının batdığını deyir: "Halbuki qanuna görə, lombard bunu hərracda satmalıdır. Burada da vətəndaşların hüquqları pozulur. Lombardların lisenziyasının olmaması, onlara nəzarətin olmaması problemlər yaradır. Bəzən vətəndaşlar lombarddan kredit götürürlər, girov qoyurlar, sonra isə həmin lombardın bağlandığını görürlər. Çünki nəzarət yoxdur. O baxımdan həmin sahədə özbaşınalıq var".

© ©KarikaturaLombard
Qanun qəbul olundu – Artıq fırıldaqçılıq edə bilməyəcəklər - Sputnik Azərbaycan
Lombard

Ekspert dünya təcrübəsində lombardların fəaliyyətinin müxtəlif olduğunu deyib: "Bəzi hallarda onların fəaliyyət lisenziyalaşdırılır və bu zaman bank nəzarəti orqanı lombardın fəaliyyətinə nəzarət edir. Bəzi hallarda isə onların fəaliyyəti lisenziyalaşdırılmır, amma bu zaman lombard öz vəsaiti hesabına kreditlər verir, yəni başqalarından borc ala bilməz. Bu gün bizim lombardların nizamnamə kapitalı 5-20 manat təşkil edir və aydındır ki, onlar borc alırlar. Bizim lombardlar bank kimi fəaliyyət göstərir, borc pul götürüb digərinə verir".

Золотые слитки, фото из архива - Sputnik Azərbaycan
Ukrayna acınacaqlı durumda: Qızıl ehtiyatlarını satmağa başladı

"Ümid edirəm ki, "Lombardlar haqqında" yeni qanun layihəsi onların fəaliyyətini tam tənzimləyəcək, bu sahədə nəzarət olacaq və özbaşınalığa son qoyulacaq" – deyə ekspert qeyd edib.

İqtisadçı-ekspert Rəşad Həsənov da Sputnik Azərbaycan-a deyib ki, lombardların fəaliyyətinin hüquqi tənzimlənməsinə ciddi ehtiyac var idi: "Xüsusilə 2015-ci ildən sonra maliyyə bazarlarında vəziyyət ciddi şəkildə çətinləşdi. Bank sektorunun defoltla üz-üzə qalması və böhranlı dövrə daxil olması nəticəsində ölkədə maliyyə əlçatanlığı əhəmiyyətli səviyyədə aşağı düşdü. İnsanlarda isə nağd vəsaitlərə tələb daha da artırdı. Bu mənzərə fonunda lombardların fəaliyyəti sürətlə genişlənməyə başladı".

Ekspert bildirib ki, onların fəaliyyətinin tənzimlənməsi üçün hüquqi boşluqlar var idi və lombardlar lisenziya ilə fəaliyyət göstərmirlər: "Lombardlar tərəfindən xüsusilə vətəndaşların aldadılması riski çox yüksəkdir. Burada girovlar düzgün qiymətləndirilməli, girovların geri qaytarılması ilə bağlı zəmanət mexanizmi olmalıdır. Ona görə də bu sahədə hüquqi tənzimləmənin artırılmasına ehtiyac var idi. Lombardlar qeydiyyata alınmalı və daimi olaraq hesabatlarını açıqlamalıdır".

Qeyd edək ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilib.

Qanuna görə, lombard girova qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyanı, həmin əşyanın bu qanunun 6-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qiymətinin tam məbləğində öz vəsaiti hesabına müştərinin xeyrinə əşyanın mənimsənilməsi, israf edilməsi, zədələnməsi, məhv olma və itirilmə riskindən sığortalamalıdır.

Прилавок с бижутерией, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda lombard işçisi əhaliyə həyasızcasına fırıldaq gəlirmiş

Lombard öz vəsaiti hesabına girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyaları digər risklərdən sığortalaya bilər.

Lombardın girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyadan istifadə etmək, ona dair sərəncam vermək və ya onu dəyişdirmək hüququ yoxdur.

Lombard girov qoyulmuş və ya saxlamaya qəbul edilmiş əşyalar hesabına kredit təşkilatlarından kredit əldə edə və hər hansı şəkildə borc vəsaiti cəlb edə bilməz.

Lombard tərəfindən kreditlər Azərbaycan Respublikasının milli valyutasında on iki aydan artıq olmayan müddətə verilir.

Girov qoyulmuş əşyanın adının, onun ağlabatan dərəcədə eyniləşdirilməsinə kifayət edən təsvirinin, qiymətinin, verilən kreditin məbləğinin, kredit faizinin, habelə kredit müqaviləsinin müddətinin göstərilməsi kredit müqaviləsinin mühüm şərtləridir.

Müştəri kredit müqaviləsinin bağlanılmasından əsassız imtina edən lombarda qarşı məhkəməyə müraciət edə bilər.

Lombard tərəfindən təminatsız kredit verilə bilməz.

Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan
Milli Məclisdə beynəlxalq qurum vacib toplantı keçirir

Müştəri götürdüyü kredit məbləğinin maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilmiş hissəsini kreditin qaytarılmalı olduğu tarixdən tez qaytardığı təqdirdə müştərinin girov bileti yenilənir və kredit faizləri yeni azaldılmış məbləğdən hesablanır.

Müştəri lombardla bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdə, lombard girov  qoyulmuş əşyanı iki iş günündən gec olmayaraq müştəriyə qaytarmalıdır. Girov qoyulmuş əşya müştəri tərəfindən tələb olunmadıqda, lombard  girova qəbul edilmiş əşyanın saxlanılmasını əlavə olaraq ən azı altmış təqvim günü müddətində təmin etməlidir.

Xəbər lenti
0