BAKI, 20 iyun - Sputnik. Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisinin Baş Assambleyasının 53-cü iclası işə başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə qurumun iqtisadiyyat, ticarət, texnologiya və ekologiya, mədəniyyət, təhsil və sosial, eləcə də hüquqi və siyasi məsələlər komitələrinin toplantılarında müzakirə ediləcək mövzular daxildir.
İclası Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov açıb.
İclasda üzv ölkələrin nümayəndə heyətləri ilə yanaşı, beynəlxalq qurumların təmsilçiləri, ayrı-ayrı dövlətlərin parlamentlərinin müşahidəçi qrupları iştirak edir.