İstanbul seçkilərinin verdiyi dərs – Siyasi iflas uzaqda deyil

© REUTERS / KEMAL ASLANTürkiyədə bələdiyyə seçkiləri
Türkiyədə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan
Abunə olmaq
Baş tutan seçkinin də açıq şəkildə göstərdiyi kimi seçicilərin açıq bir diktatorluğu qəbul etməsi mümkün deyil

BAKI, 27 iyun — Sputnik. Dünya mediası İstanbulda 23 iyunda yenidən keçirilən və müxalifətin namizədi Əkrəm İmamoğlunun rəqibi Binalı Yıldırıma 800 mindən çox səs fərqi ilə qalib gəldiyi seçkinin nəticələri ilə bağlı proqnozlarını verməkdə davam edir. ABŞ-ın "Washington Post" nəşri məsələ ilə bağlı "Türkiyədə son seçkilərdən çıxarıla biləcək beş dərs" başlığı altında məqalə yayımlayıb.

Politoloq Ramiyə Məmmədova - Sputnik Azərbaycan
ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq danışır

Ötən bazar günü baş tutan seçkilərin nəticələrinin tam olaraq təsirinin anlaşılması üçün uzun illər lazım ola biləcəyi qeyd olunan yazıda "Fəqət bəzi dərslər indidən ortadadır" ifadəsi də yer alıb.

Howard Eissenstat imzalı analitik yazı "Seçkinin nəticələri Prezident Tayyib Ərdoğana müdhiş bir dərs oldu" sözləri ilə başlıyır. Yazıda seçkiləri İmamoğlunun qazanmasının 15 milyonluq İstanbul və əslində Türkiyə üçün bir dönüş nöqtəsi olduğu qeyd olunur.

"Washington Post" qeyd edir ki, 2019-cu il bələdiyyə seçkiləri Türkiyədə müxalifəti birləşdirə bilib. Bu isə öz növbəsində Ərdoğanın köhnə "Böl və fəth et" sisteminin seçkilərdə qalib gəlməsini çətinləşdirib.

Nəşr qeyd edir ki, İmamoğlunun seçki öncəsi təşviqat zamanı iqtisadiyyatla bağlı çağırışları daha inandırıcı idi. Çünki Türkiyədə rəsmi inflyasiya rəqəmi 19% olsa da, əslində inflyasiya rəqəmi daha yüksəkdir. Türkiyə böyük bir borc böhranı ilə üz-üzədir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla - Sputnik Azərbaycan
Pentaqon: "Türkiyə ilə əlaqələrin pozulmasına icazə verməyəcəyik"

Türkiyədə adətən seçicilər siyasi qütbləşmə səbəbindən səs versə də, son seçkilərdə seçicinin səsi iqtisadi göstəricilərə görə də müəyyənləşib . Ədalət və İnkişaf Partiyasının (AKP) iqtisadi böyümə şöhrəti də məhz bundan faydalanıb. Hakim partiya indi də məhz iqtisadiyyatdakı uğursuzluqlara görə cəzalandırılır.

"Washington Post" qeyd edir ki, 2019-cu il bələdiyyə seçkilərində Türkiyə müxalifətinin uğur qazanmasının başqa bir səbəbi isə CHP, HDP və İYİ partiyalar daxil olmaqla müxalifət partiyaları arasında əhəmiyyətli bir anlaşma əldə etməsi oldu.

Müəllif vurğulayır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yüksək Seçim Kurulunu (YSK) İstanbulda seçkiləri yeniləməyə dair qərara sürükləməsi, qalibiyyəti əldə edə biləcək hansısa bir plan olmadan həyata keçirilib.

Siyasi və iqtisadi olaraq Türkiyə bir böhrandan digər böhrana doğru hərəkət edir. Siyasi müxalifət Ərdoğanın özünün ittifaqında olan fikir ayrılıqları da nəzərə alınmaqla, böyük ehtimalla bundan sonra daha aqressiv olacaq.

Участники девятого фестиваля исторических реконструкций Времена и эпохи на Бульварном кольце в Москве - Sputnik Azərbaycan
Moskvada Türkiyə festivalı keçirilir

Türkiyə, Ərdoğanın faydalana biləcəyi bol miqdarda texnokrata sahibdir. Fəqət Ərdoğanın onlardan istifadə edərək dəyişikliklərə gedə biləcəyinə dair əminlik yoxdur. Üstəlik, bu dəyişikliklər hakimiyyətin siyasi olaraq iflası anlamına da gələcək. Daha açıq bir sistem AKP-nin siyasi hakimiyyətini parçalayacaq.

Alternativ olaraq isə Ərdoğan onun idarə etmə sisteminə öz damğasını vuran təzyiqi artıra bilər. O, məhkəmə və təhlükəsizlik xidmətləri üzərində nəzarəti və fövqəladə səlahiyyətlərindən istifadə edə bilər.

Lakin bu sadəcə Türkiyənin olduğu böhranı daha dərinləşdirəcək. Bazar günü baş tutan seçkinin də açıq şəkildə göstərdiyi kimi seçicilərin açıq bir diktatorluğu qəbul etməsi mümkün deyil.

Xəbər lenti
0