SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-Türkiyə münasibətlərində gərginlik yeni mərhələyə keçəcəkmi - politoloq danışır

© Photo : Facebook / Рамия МамедоваPolitoloq Ramiyə Məmmədova
Politoloq Ramiyə Məmmədova - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Ramiyə Məmmədova deyir ki, Türkiyə və Rusiyanın yaxınlaşması ABŞ-ı çox narahat edir və Türkiyənin öz əsarəti altından çıxmasını istəmir
Ramiyə Məmmədova: “Trampın səfərindən sonra bəzi problemlər həllini tapa bilər”

ABŞ Prezidenti Donald Tramp Administrasiyası Rusiyanın "S-400" zenit-raket komplekslərinin satınalınması ilə əlaqədar rəsmi Ankaraya qarşı bu ilin iyul ayında üç yeni sanksiya paketi tətbiq etməyi düşünür. Bu barədə "Bloomberg" agentliyi məlumatlı mənbələrə istinadən bildirib.

Politoloq Ramiyə Məmmədova Sputnik Azərbaycan-a deyir ki, ABŞ və Türkiyə münasibətlərinin gərginləşməsinin əsas səbəbi Türkiyə-Rusiya yaxınlaşmasıdır:

“Türkiyənin Rusiya ilə həm iqtisadi, həm siyasi baxımdan sıx əlaqələri mövcuddur. Türkiyə və Rusiyanın yaxınlaşması ABŞ-ı çox narahat edir və Türkiyənin öz nəzarəti altından çıxmasını istəmir. ABŞ-ın Türkiyəni nəzarətdə saxlamaq üçün edə biləcəyi tək şey təzyiq göstərmək və embarqo tətbiq etməkdir. Türkiyə kimi böyük silah alıcısı bir ölkənin Rusiya bazarını seçməsi də ABŞ-da narahatlıq yaradır. Hazırda Türkiyə iqtisadiyyatı çətin dövrdən keçir. Yeni sanksiyalar isə Türkiyəyə daha böyük zərərlər vura bilər. Türkiyə problemlərin danışıqlar yolu ilə həllinə çalışır. Trampın Türkiyə edəcəyi səfərdən sonra bəzi problemlərin həllini tapacağı gözlənilir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0