Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı şairdən qeyri-adi layihə

Abunə olmaq
Azərbaycanlı şairə yeni layihəyə start verib: Hamı sevdiyi şairin şeirlərini deyə biləcək

BAKI, 27 iyun — Sputnik. Art Tower Gallery-dəki Arts Council Azerbaijan ədəbiyyat klubunda şairə İrana Qasımovanın yeni layihəsi olan "İrana Qasımova ilə poeziya klassikası" start götürüb.

Qasımovanın Sputnik Azərbaycan-a verdiyi məlumata görə, layihənin məqsədi şairlərin şeirlərini mümkün qədər çox tanıtmaqdır. Bu layihəyə hər kəs öz sevimli şairinin şeirini oxumaqla qatıla bilər.

© © Предоставлено Ираной ГасымовойArt Tower Gallery-dəki Arts Council Azerbaijan ədəbiyyat klubunda şairə İrana Qasımovanın yeni layihəsi olan "İrana Qasımova ilə poeziya klassikası" start götürüb
Azərbaycanlı şairdən qeyri-adi layihə - Sputnik Azərbaycan
Art Tower Gallery-dəki Arts Council Azerbaijan ədəbiyyat klubunda şairə İrana Qasımovanın yeni layihəsi olan "İrana Qasımova ilə poeziya klassikası" start götürüb

İlk gecə Aleksandr Puşkinin yaradıcılığına həsr olunacaq. Burada onun şeirləri nəinki şairlər və artistlər, eləcə də arzu edən hər kəs tərəfindən səsləndirilə bilər.

Şairə hələ ki, layihədə nəzərdə tutulan növbəti şairin adını açıqlamayıb, amma söz verib ki, ikinci gecə tezliklə baş tutacaq.

İrana Qasımova tez-tez Moskva və Tbilisidə şeir gecələri keçirir. Onun yaradıcılığına isə, özünün dediyinə görə, Mayakovski və Yeseninin təsiri böyük olub.

Şairə İrana Qasımova Bakıda anadan olub. Azərbaycan Dövlət Dillər Universitetinin məzunudur. Müxtəlif nəqliyyat və tikinti şirkətlərində tərcüməçi kimi çalışıb. İsrailin Ariel Universitetində rejissorluq fakültəsində təhsil alıb, məşhur yəhudi rejissorlarla çalışıb. Sosial mövzuda dörd qısametrajlı filmlərin ssenari müəllifi və rejissorudur. 2013-cü ildə onun "Jenşina, kotoraya poet" ("Qadın şair") adlı şeirlər toplusu yayımlanıb. 2017-ci ildə İrana "Art Tower" qalereyasında "Başlanğıcda söz olub" adlı ikinci şeir toplusunu təqdim edib. Şair uğurla Bakıda, eləcə də, xaricdə öz şeir axşamlarını keçirir.

Xəbər lenti
0