Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

"Arzularımı dilə gətirmirəm, baş tutmaya bilər" - 60 yaşlı gənc aktyor

© © Сourtesy of Safa MirzahasanovНародный артист Сафа Мирзагасанов
Народный артист Сафа Мирзагасанов  - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov 60 yaşını və yaradıcılığının 40 illiyini qeyd edir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 27 iyun — Sputnik. Azərbaycanın xalq artisti, "Apofigey" tamaşaçı simpatiyası mükafatının yeddiqat sahibi Səfa Mirzəhəsənov iyunun 27-də 60 illiyini qeyd edir. Aktyor öz yubileyi ərəfəsində Sputnik Azərbaycan-a müsahibə verib və öz yaradıcılığından danışıb.

© © Из личного архива народного артиста Сафа МирзагасановаAzərbaycanın xalq artisti Səfa Mirzəhəsənov səhnədə
Arzularımı dilə gətirmirəm, baş tutmaya bilər - 60 yaşlı gənc aktyor - Sputnik Azərbaycan
Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov səhnədə

- Yubileyinizi necə qeyd etməyi düşünürsüz?

- Teatr mənim yubileyimi payızda - noyabrın axırlarında Valeri Muxaryamovun "Sürprizlər günü" komediyası ilə qeyd edəcək. Bu, çox gülməli komediyadır və ümid edirəm ki, tamaşaçıların xoşuna gələcək. Tamaşanı sevimli Aleksandr Şarovski səhnəyə qoyacaq. Hesab edirəm ki, 60 yaşı olan aktyor tamaşaçıları sevindirməli və elə etməlidir ki, onlar gülsünlər. Gülüş təkcə tamaşaçıların deyil, aktyorların da ömrünü uzadır.

Qeyd edim ki, mən bu il iki yubileyi qeyd edirəm - 60 illiyimi və yaradıcılığımın 40 illiyini. Tam 40 il əvvəl, 1979-cu ilin dekabrında, hələ 3-cü kursda oxuyanda, məni bu teatra nağılda oynamağa çağırıblar. O vaxtdan indiyədək əmək kitabçamda yalnız bir iş yeri yazılıb.

- Siz özünüz Valeri Muxaryamovun pyesinə müraciət etmisiz?

- Yox, mənə təklif ediblər. Pyesi oxudum, çox xoşuma gəldi və razılıq verdim.

- Həmişə rejissorun seçimi ilə razılaşırsız?

- Hərdən rejissorlarla yaradıcılıq məsələlərində fikir ayrılığı olur, amma əsasən onlarla razılaşıram. Əgər rejissor ağıllıdırsa və samballı baxışları varsa, elə təklif edəcək ki, razılaşmalı olacaqsan və səni bütün varlığınla birlikdə səhnəyə qoyacaq. Bu 40 ildə hələ ki, mənim heç vaxt rejissorla münaqişəm olmayıb.

Карета скорой помощи в Баку. Архивное фото - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Vəziyyəti ağırlaşan Xalq artisti əməliyyat olunmayacaq

- Ad günlərinizi qeyd etməyi xoşlayırsız?

- Bəli, əlbəttə, həmişə ad günlərimi doğma və yaxınlarımla birlikdə qeyd edirəm. Düşünmürəm ki, "xoşlayıram" sözü bura uyğun gəlir. Mən hətta yumorla deyirəm ki, 60 illiyimlə bağlı başsağlıqlarını qəbul edirəm. Geriyə baxaraq, bütün həyatımı göz qabağına gətirirəm və başa düşürəm ki, bütün bunlar necə də sürətlə ötüb-keçib. Daxilən heç ömrümün yarıdan çoxunu yaşadığımı və artıq 60 yaşa çatdığımı hiss etmirəm. Eldar Ryazanovun "İşdə məhəbbət macərası" filmindəki mahnıda deyildiyi kimi "İlin istənilən vaxtında yağışı, qarı minnətdarlıqla qəbul etmək lazımdır". Mən bu prinsiplə yaşayıram. İllər haqqında fikirləşmirəm. Mən qəlbən 30 yaşındayam.

- Siz ömrünüzü teatra həsr etmisiz. Nə vaxtsa öz peşə seçiminizə görə təəssüflənmisiz?

- Yox. Əgər mənə sual versələr ki, əgər həyatı yenidən başlamalı olsaydız, necə başlayardız? Cavab verərdim ki, həminki kimi. Mən bunu uşaqlıqdan istəmişəm, arzulamışam. Həyatım çox maraqlı olub - çoxlu rollar oynamışam, bəzən onları nostalgiya ilə xatırlayıram. Teatrın mənə qarşı ədalətsiz olduğunu deyə bilmərəm. Hesab edirəm ki, mənim teatrdakı həyatım çox yaxşı keçib.

- Bir çox aktyorlar deyirlər ki, oynadıqları hər bir rol onlarda nəyisə dəyişir. Elə olubmu ki, siz də bir rolu oynadıqdan sonra özünüzdə hansısa dəyişikliyi hiss etmisiz?

- Heç bir rolum məni dəyişməyib, olduğu kimi qalmışam. Hesab edirəm ki, aktyor hər şeyi bacarmalıdır. Bu zəmanədə amplua anlayışı yox olub. Mənim müxtəlif rollarım olub - qəhrəman, sərt xarakterli, dramatik, komedik. Teatrda yaş dövrü çox sakit keçib və hazırda ata rollarını oynayıram. Aktyor səhnədə rolunu oynamalıdır, həyatda isə adi sadə adam olaraq qalmalıdır.

© © Из личного архива народного артиста Сафа МирзагасановаAzərbaycanın xalq artisti Səfa Mirzəhəsənov səhnədə
Arzularımı dilə gətirmirəm, baş tutmaya bilər - 60 yaşlı gənc aktyor - Sputnik Azərbaycan
Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov səhnədə

- Amplua anlayışı niyə yox olub?

- Sovet vaxtında amplua belə olurdu ki, əgər sən ucaboy, yaraşıqlı, bir qədər soyuqqanlı idinsə, deməli, qəhrəmansan. Bir var xarakter aktyorları, bir də var artistlər - rolunu oynamağın çətin olduğu təmiz qəhrəmanlar. İndi isə amplua anlayışı yoxa çıxıb, onun dövrü keçib, əgər istedadın varsa, istənilən rolu oynaya bilərsən.

- Sizdən fərqli olaraq, niyə, yaşlı nəsildən olan aktyorların çoxu gənc həmkarlarını dəstəkləmək istəmir?

- Mən bu fikirlə razılaşmıram. Nəinki mən, eləcə də bütün həmkarlarım onları dəstəkləyir. Səhnəyə istedadlı insanlarla çıxmaq və hər bir insanda bu istedadı tapmaq istəyirsən. Kimdə bu istedad üzdədir, kimdəsə dərində və onu çəkib üzə çıxarmaq lazımdır. Mən həmişə gəncləri dəstəkləyirəm. Çünki bizim gənclər qiyamətdir. Onların çoxunu sevirəm, dostluq edirəm. Məncə, onlar buna görə, mənə minnətdardırlar.

- Bəs zamanında sizə də dəstək veriblər?

- Bəli. Mənim bəxtim gətirib. Mən teatra gələndə burada inanılmaz aktyorlar, Rus Dram Teatrının əsrlərlə xatirələrdə yaşayacaq əfsanələri vardı. Təəssüf ki, onların hamısı indi dünyanı tərk ediblər və bizə göydən baxırlar. Mənə Vera Karlovna Şirye, Rahilə Solomonovna Ginzburq, Anatoli Solomonoviç Falkoviç və başqaları ilə oynamaq nəsib olub. Onlar sadəcə gözəl və böyük aktyorlar idi.

Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illik yubileyi qeyd olunub - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Xalq artisti: "Teatr kollektiv işidir"

- Bu il tamaşaçılar sizi təkcə teatrın səhnəsində deyil, həmçinin xalq artisti Flora Kərimova ilə birgə çəkildiyiniz "Qaynana-2018" filmində də gördü. Çəkiliş qrupu sizin razılığınızı necə ala bilib?

- Prodüser məni görüşə çağırdı, xeyli söhbətləşdik. Uzun müddət tərəddüd etdim və razılaşmadım. Axırda dostum, bizim teatrın direktoru Ədalət Hacıyev zəng elədi və məni razı saldı. Mən öz razılığımı verdim.

Şadam ki, bu filmdə mənim taleyim əfsanəvi müğənni, Azərbaycanın xalq artisti Flora Kərimova ilə kəsişdi. Mən uşaqlıqdan onun mahnılarını sevmişəm. O, inanılmaz insandır. Biz onunla çox söhbət etmişik, əlaqə saxlamışıq. Bu, film haqqında ən isti xatirələrdir. Yerdə qalanları isə şərh etməyəcəm.

- Niyə kinoda sizinki gətirməyib?

- Mən bir neçə filmə çəkilmişəm. Sovet dövründə gənc aktyorlar ya teatrı, ya da kinonu seçməli idilər. Evdəki arxivimdə inanılmaz həcmdə keçdiyim kino sınaqları var. Nəinki teatr rejissorları, kino rejissorlarının da mənə münasibəti yaxşı olub. Teatrda çox məşğul olmağım mənə kinoya çəkilməyə imkan verməyib. Qarşımda seçim dayanıb ki, ya o, ya da bu. Mən həmişə teatrı seçmişəm. İnsan davamlı olaraq imtina edəndə, daha onu heç yerə dəvət etmirlər. "Qaynana-2018" filmindən sonra məni seriallara, bədii filmlərə dəvət ediblər. Əsasən də oliqarx rollarına. Amma mən çox diplomatikcəsinə bu təklifləri rədd etmişəm.

Mənim "Zirzəmi" filmim var. Onu çox sevirəm. Bu, 90-cı illərdə çəkilib və mən onda çox cavan idim. 22 yaşlı oğlanı oynamışam, baxmayaraq ki, 30 yaşım vardı. Onda tərəf müqabillərim möhtəşəm idi - Rasim Balayev, Yaşar Nuri, Ellina İsmayılova, Fərman Abdullayev.

© © Из личного архива народного артиста Сафа МирзагасановаAzərbaycanın xalq artisti Səfa Mirzəhəsənov səhnədə
Arzularımı dilə gətirmirəm, baş tutmaya bilər - 60 yaşlı gənc aktyor - Sputnik Azərbaycan
Azərbaycanın xalq artisti Səfa Mirzəhəsənov səhnədə

- Bəs müəllimliklə məşğul olmağı nə vaxtsa fikirləşmisiz?

- Çox-çox əvvəl, 90-cı illərin ortalarında bizim əzizimiz Fuad Poladov təklif etdi ki, ali məktəbdə onun assistenti olum, amma mən imtina elədim. Hesab edirəm ki, mənim pedaqoqluq qabiliyyətim yoxdur. Əgər mənə müraciət etsələr, izah edə bilərəm, amma heç vaxt öz fikrimi deyə bilmərəm. Mən aktyoram. Hər kəs öz işi ilə məşğul olsa, yaxşıdır!

- Son zamanlar bir çox teatrlarda absurd janrı populyar olmağa başlayıb. Necə düşünürsüz, bu janr Azərbaycan tamaşaçısına nə dərəcədə maraqlıdır?

- Dəqiq tamaşaya qoyulmuş absurd maraqlı olardı. Əgər tamaşada azacıq sapma olsa, hansısa saniyədə tamaşaçı üçün maraqsız olacaq və deməli, alınmayacaq. Mən bu janrı çox sevirəm. 90-cı illərin əvvəllərində bizim teatrda Kobo Abenin "Aramızdakı kabuslar" tamaşası gedirdi. Mən orada baş rolu - Keyske Fukaqavanı oynayırdım. Tamaşaçılara maraqlı idi, mənə isə çətin. Buna alışmaq lazım gəlir. Deməzdim ki, bu janrı mənimsəmişəm, amma ruhuma istilik verib. İndi ona baxmamağa və onu şərh etməməyə çalışıram!

- Hər bir aktyorun arzuladığı rol var. Ürəyinizdə elə bir rol olubmu ki, onu oynamaq istəmisiz, amma artıq oynaya bilməzsiz?

- Gəncliyimdə Xlestakovu, Çatskini oynamaq istəmişəm. Həmçinin istəmişəm ki, mənim repertuarımda Şekspirdən xeyli rol olsun. Adətən aktyorlar öz arzularını dilə gətirmirlər. Çünki bu, baş tutmaya bilər. Bu gün sadəcə çalışıram ki, mənə təklif edilən, səhnədə əks etdirməyi bacaracağım və tamaşaçıların xoşuna gələcək rolları qəbul edim.

Gəlin arzulardan danışmayaq! Düşünürəm ki, mənim üçün hələ hər şey qabaqdadır. Mən hələ bakılı tamaşaçıları öz yeni rollarımla çox sevindirəcəyəm. Buna çox ümid edirəm.

Xəbər lenti
0